Allah sevgisi
عن أبي الدرداء قال: قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "ليبعثن الله أقواماً يوم القيامة في وجوههم النور على منابر اللؤلؤ، يغبطهم الناس، ليسوا بأنبياء ولا شهداء". قال: فجثا أعرابي على ركبتيه فقال: يا رسول الله حلهم لنا نعرفهم. قال: هم المتحابون في الله، من قبائل شتى وبلاد شتى، يجتمعون على ذكر الله يذكرونه.
“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah üzləri nur saçan qövmlər dirildəcək. Onlar mirvaridən düzəldilən minbərlərin üzərində duracaqlar, insanlar onlara qibtə edəcəklər, halbuki, onlar nə peyğəmbərlər, nə də şəhidlər olacaqlar”. Bir bədəvi diz üstə çökərək dedi: “Ey Allahın Elçisi, onları vəsf et ki, biz onları tanıyaq”. O buyurdu: “Onlar müxtəlif tayfalardan və ölkələrdən olub, bir-birini Allah üçün sevənlərdir. Onlar bir yerə toplanaraq Allahı zikr edirlər”.”
Qeyd
əl-Heysəmi “Məcməuz-Zəvaid” 16770. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1509.
İstinad
Fəzilətli əməllər, 935 (Kitab 17, 32)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət