Tövbə və Mərhəmət

Hər hansı bir canlıya edilən yaxşılıq bağışlanmağa səbəb ola bilər

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «بَيْنَمَا كَلْبٌ يُطِيفُ بِرَكِيَّةٍ قَدْ كَادَ يَقْتُلُهُ الْعَطَشُ إِذْ رَأَتْهُ بَغِىٌّ مِنْ بَغَايَا بَنِى إِسْرَائِيلَ فَنَزَعَتْ مُوقَهَا فَاسْتَقَتْ لَهُ بِهِ فَسَقَتْهُ إِيَّاهُ فَغُفِرَ لَهَا بِهِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Az qala susuzluqdan öləcək bir it quyunun ətrafında fırlanırdı. Bu zaman onu İsrail övladlarından olan zinakar bir qadın gördü. Qadın dəri corabını çıxarıb su ilə doldurdu və sonra da itə su verdi. Bununla da onun günahları bağışlandı”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 4164, 5998; əl-Buxari, 3208, 3467.

İstinad

Fəzilətli əməllər, 930 (Kitab 17, 27)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət