Hər hansı bir canlıya edilən yaxşılıq bağışlanmağa səbəb ola bilər
عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: بَيْنَمَا رَجُلٌ يَمْشِي بِطَرِيقٍ اشْتَدَّ بِهِ الْعَطَشُ، فَوَجَدَ بِئْرًا فَنَزَلَ فِيهَا، فَشَرِبَ ثُمَّ خَرَجَ، فَإِذَا كَلْبٌ يَلْهَثُ، يَأْكُلُ الثَّرَى مِنَ الْعَطَشِ، فَقَالَ الرَّجُلُ: لَقَدْ بَلَغَ هَذَا الْكَلْبَ مِنَ الْعَطَشِ مِثْلُ الَّذِي كَانَ بَلَغَنِي، فَنَزَلَ الْبِئْرَ فَمَلَأَ خُفَّاهُ، ثُمَّ أَمْسَكَهَا بِفِيهِ، فَسَقَى الْكَلْبَ، فَشَكَرَ اللَّهُ لَهُ، فَغَفَرَ لَهُ، قَالُوا : يَا رَسُولَ اللَّهِ، وَإِنَّ لَنَا فِي الْبَهَائِمِ أَجْرًا؟ قَالَ: فِي كُلِّ ذَاتِ كَبِدٍ رَطْبَةٍ أَجْرٌ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir nəfər yolla gedərkən bərk susadı və nahayət, bir su quyusuna rast gəldi və o quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda, bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: “Yəqin ki, mən susadığım kimi, bu it də susamışdır”– dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da buna görə ona təşəkkür etdi və onu bağışladı”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Məgər heyvanlara etdiyimiz yaxşılıqlara görə də bizə savab yazılır?” O, buyurdu: “Hər bir canlıya göstərdiyiniz qayğıya görə savab var”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 378. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 29.
İstinad
Fəzilətli əməllər, 929 (Kitab 17, 26)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət