Tövbə və Mərhəmət

Allah kimi sevərsə...

عَنْ عَمْرِو بْنِ الْحَمِقِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِذَا أَحَبَّ اللَّهُ عَبْدًا عَسَلَهُ. قَالَ: يَا رَسُولَ اللهِ وَمَا عَسَلَهُ؟ قَالَ: يُوَفِّقُ لَهُ عَمَلاً صَالِحًا بَيْنَ يَدَيْ أَجَلِهِ حَتَّى يَرْضَى عَنْهُ جِيرَانُهُ أَوْ قَالَ: مَنْ حَوْلَهُ.

“Rəvayət edilir ki, Amr ibn əl-Həmiq ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah bir qulu sevdikdə, onu insanlara sevdirər”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, necə sevdirər?” O buyurdu: “Onu ölümündən qabaq qonşuları və ya ətrafındakı insanlar ondan razı olanadək yaxşı əməl etməyə müvəffəq edər”.”

Amr ibn əl-Həmiq
Səhih

Qeyd

əl-Hakim, 1258. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3358.

İstinad

Fəzilətli əməllər, 928 (Kitab 17, 25)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət