Tövbə və Mərhəmət

Bağışlanma diləməyin fəziləti

عَنْ عُقْبَهَ بْنِ عَامِرٍ أَنَّ رَجُلاً جَاءَ إِلَى رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَحَدُناَ يُذْنِبُ قَالَ: «يُكْتَبُ عَلَيْهِ». قَالَ: ثُمَّ يَسْتَغْفِرُ مِنْهُ وَيَتُوبُ قَالَ: «يُغْفَرُ لَهُ وَيُتَابُ عَلَيْهِ». قَالَ: فَيَعُودُ فَيُذْنِبُ قَالَ: «يُكْتَبُ عَلَيْهِ». قَالَ: ثُمَّ يَسْتَغْفِرُ مِنْهُ وَيَتُوبُ قَالَ: «يُغْفَرُ لَهُ وَيُتَابُ عَلَيْهِ، وَلاَ يَمَلُّ اللهُ حَتَّى تَمَلُّوا».

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Birimiz günah etdikdə (nə olur)?” O buyurdu: “Ona günah yazılır”. Kişi dedi: “Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə olur)?” O buyurdu: “Günahı bağışlanır və tövbəsi qəbul olunur”. Kişi dedi: “Həmin günaha qayıtdıqda (nə olur)?” O buyurdu: “Ona günah yazılır”. Kişi dedi: “Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə olur)?” O buyurdu: “Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz”.”

Uqbə ibn Amir
Səhih

Qeyd

əl-Hakim, 7658. əl-Hakim “Bu hədisi əl-Buxari və Muslim rəvayət etməsələr də, onların şərtlərinə görə səhihdir” demiş, əz-Zəhəbi də onunla razılaşmışdır.

İstinad

Fəzilətli əməllər, 914 (Kitab 17, 11)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət