Tövbə və Mərhəmət

Bağışlanma diləməyin fəziləti

عَنْ أَبِي طَوِيلٍ شَطَبٍ الْمَمْدُودِ أَنَّهُ أَتَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَرَأَيْتَ رَجُلا عَمِلَ الذُّنُوبَ كُلَّهَا، فَلَمْ يَتْرُكْ مِنْهَا شَيْئًا، وَهُوَ فِي ذَلِكَ لَمْ يَتْرُكْ حَاجَةً وَلا دَاجَةً إِلا أَتَاهَا، فَهَلْ لَهُ مِنْ تَوْبَةٍ؟ قَالَ: "فَهَلْ أَسْلَمْتَ؟" قَالَ: أَمَّا أَنَا فَأَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ، وَحْدَهُ لا شَرِيكَ لَهُ، وَأَنَّكَ رَسُولُ اللَّهِ، قَالَ: "نَعَمْ, تَفْعَلُ الْخَيْرَاتِ، وَتَتْرُكُ السَّيِّئَاتِ، فَيَجْعَلُهُنَّ اللَّهُ لَكَ خَيْرَاتٍ كُلَّهُنَّ"، قَالَ: وَغَدَرَاتِي وَفَجَرَاتِي؟ قَالَ: "نَعَمْ"، قَالَ: اللَّهُ أَكْبَرُ، فَمَا زَالَ يُكَبِّرُ حَتَّى تَوَارَى.

“Rəvayət edilir ki, Əbu Tavil Şətab əl-Məmdud ﵁ Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah yoxdur ki, onu etməsin. Ona tövbə varmı?” Allah Elçisi ﷺ buyurdu: “Sən İslamı qəbul etmisən?” O dedi: “Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, şəriki yoxdur və sən Allahın Elçisisən!” Allah Elçisi ﷺ buyurdu: “Bəli, xeyir əməllər et, pis əməlləri tərk et! (Belə etsən) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər”. O dedi: “Fırıldaq və günah əməllərimi də?” Allah Elçisi ﷺ buyurdu: “Bəli”. O da: “Allahu Əkbər!”- deyə-deyə gözdən itdi”.”

Əbu Tavil Şətab əl-Məmdud
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 7085. Hədis səhihdir. Bax: Sahih ət-Tərğib vət-Tərhib, 3164.

İstinad

Fəzilətli əməllər, 913 (Kitab 17, 10)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət