Tövbə və Mərhəmət

Bağışlanma diləməyin fəziləti

عَنْ أَنَسُ بْنُ مَالِكٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَالَ اللَّهُ يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِى وَرَجَوْتَنِى غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلاَ أُبَالِى يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِى غَفَرْتُ لَكَ وَلاَ أُبَالِى يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِى بِقُرَابِ الأَرْضِ خَطَايَا ثُمَّ لَقِيتَنِى لاَ تُشْرِكُ بِى شَيْئًا لأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah buyurur: “Ey Adəm övladı! Nə qədər ki, sən Mənə dua (istiğfar) edib Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm övladı! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm övladı! Əgər sən Mənim hüzuruma Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla gəlsən, Mən də səni yer boyda bağışlanma ilə qarşılayaram”.”

Ənəs ibn Malik
Səhih

Qeyd

ət-Tirmizi, 3540, 3885. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 127.

İstinad

Fəzilətli əməllər, 912 (Kitab 17, 9)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət