Tövbə və Mərhəmət

Rəhmli ol ki, Allah da sənə rəhm etsin

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَدِمَ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَبْيٌ فَإِذَا امْرَأَةٌ مِنْ السَّبْيِ قَدْ تَحْلُبُ ثَدْيَهَا تَسْقِي إِذَا وَجَدَتْ صَبِيًّا فِي السَّبْيِ أَخَذَتْهُ فَأَلْصَقَتْهُ بِبَطْنِهَا وَأَرْضَعَتْهُ فَقَالَ لَنَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتُرَوْنَ هَذِهِ طَارِحَةً وَلَدَهَا فِي النَّارِ قُلْنَا لاَ وَهِيَ تَقْدِرُ عَلَى أَنْ لاَ تَطْرَحَهُ فَقَالَ لَلَّهُ أَرْحَمُ بِعِبَادِهِ مِنْ هَذِهِ بِوَلَدِهَا.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, bir dəfə döyüşdə götürülmüş əsirləri Peyğəmbərimizin ﷺ yanına gətirdilər. Əsirlər arasında bir qadın var idi ki, sinəsindən süd sağaraq, əsirlər arasında uşaq görəndə onu götürür, qoynuna basır və ona süd verirdi”. Onda Peyğəmbər ﷺ bizdən soruşdu: “Sizcə bu qadın körpəsini oda atarmı?” Biz dedik: “Əgər bu ixtiyar onun əlində olsa, xeyr, atmaz”. Peyğəmbər ﷺ buyurdu: “Allahın Öz qullarına olan mərhəməti bu qadının öz körpəsinə olan mərhəmətindən qat-qat üstündür”.”

Ömər ibn əl-Xattab
Səhih

Qeyd

əl-Buxari, 5540, 5999.

İstinad

Fəzilətli əməllər, 949 (Kitab 17, 46)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət