Tövbə və Mərhəmət

Allah rizasının fəziləti

عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنِ اسْتَعَاذَ بِاللَّهِ فَأَعِيذُوهُ وَمَنْ سَأَلَكُمْ بِاللَّهِ فَأَعْطُوهُ وَمَنِ اسْتَجَارَ بِاللَّهِ فَأَجِيرُوهُ وَمَنْ آتَى إِلَيْكُمْ مَعْرُوفًا فَكَافِئُوهُ فَإِنْ لَمْ تَجِدُوا فَادْعُوا لَهُ حَتَّى تَعْلَمُوا أَنْ قَدْ كَافَأْتُمُوهُ»....«وَمَنْ دَعَاكُمْ فَأَجِيبُوهُ»

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allaha sığınaraq sizdən sığınacaq istəyərsə, ona sığınacaq verin! Kim Allah xatirinə sizdən istəyərsə, ona istədiyini verin! Kim Allah xatirinə sizdən aman diləyərsə, ona aman verin! Kim də sizə bir yaxşılıq edərsə, onun əvəzini verin! Əgər əvəzini verəcək bir şey tapmasanız, ona əvəz verdiyinizə əmin olana qədər onun üçün dua edin!” Digər rəvayətdə bu əlavə var: “Kim sizi (Allah xatirinə) çağırarsa, onun çağırışını qəbul edin”.”

İbn Ömər
Səhih

Qeyd

Əbu Davud, 5111. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1943.

İstinad

Fəzilətli əməllər, 950 (Kitab 17, 47)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət