Tövbə və Mərhəmət

Allah rizasının fəziləti

سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَحِيمًا، وَكَانَ لاَ يَأْتِيهِ أَحَدٌ إِلاَّ وَعَدَهُ، وَأَنْجَزَ لَهُ إِنْ كَانَ عِنْدَهُ، وَأُقِيمَتِ الصَّلاَةُ، وَجَاءَهُ أَعْرَابِيٌّ فَأَخَذَ بِثَوْبِهِ فَقَالَ: إِنَّمَا بَقِيَ مِنْ حَاجَتِي يَسِيرَةٌ، وَأَخَافُ أَنْسَاهَا، فَقَامَ مَعَهُ حَتَّى فَرَغَ مِنْ حَاجَتِهِ، ثُمَّ أَقْبَلَ فَصَلَّى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ rəhmli idi. O, (ehtiyacdan dolayı) onun yanına gələn hər kəsə söz verər, sonra da imkan daxilində verdiyi sözə əməl edərdi. Bir gün namaza iqamə verildiyi zaman bir bədəvi gəlib onun ətəyindən tutdu və dedi: “Mənim bir az ehtiyacım var, qorxuram ki, yadımdan çıxar”. Peyğəmbər ﷺ gedib onun ehtiyacını ödədi, sonra da qayıdıb namazı qıldırdı”.”

Ənəs ibn Malik
Həsən

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 278. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2094.

İstinad

Fəzilətli əməllər, 951 (Kitab 17, 48)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət