Rəhmli ol ki, Allah da sənə rəhm etsin
عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ رَحِمَ وَلَوْ ذَبِيحَةً، رَحِمَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ.... قَالَ رَجُلٌ: يَا رَسُولَ اللَّهِ، إِنِّي لَأَذْبَحُ الشَّاةَ فَأَرْحَمُهَا، أَوْ قَالَ: إِنِّي لَأَرْحَمُ الشَّاةَ أَنْ أَذْبَحَهَا، قَالَ: «وَالشَّاةُ إِنْ رَحِمْتَهَا، رَحِمَكَ اللَّهُ» مَرَّتَيْنِ.
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qurbanlıq heyvanına belə rəhm etsə, Qiyamət günü Allah ona rəhm edər”. Digər rəvayət də deyilir: “Bir nəfər Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, mən qoç kəsdikdə ona yazığım gəlir” (yaxud: “qoçu kəsməyə əlim gəlmir)”. Peyğəmbər ﷺ iki dəfə təkrar buyurdu: “Sən qoça rəhm etsən, Allah da sənə rəhm edər”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 373. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2264.
İstinad
Fəzilətli əməllər, 943 (Kitab 17, 40)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət