Tövbə və Mərhəmət

Bağışlanma diləməyin fəziləti

عَنْ عَلِيٍّ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : كُنْتُ إِذَا سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثًا نَفَعَنِي اللَّهُ بِمَا شَاءَ مِنْهُ وَإِذَا حَدَّثَنِي عَنْهُ غَيْرِي اسْتَحْلَفْتُهُ فَإِذَا حَلَفَ لِي صَدَّقْتُهُ وَإِنَّ أَبَا بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ حَدَّثَنِي وَصَدَقَ أَبُو بَكْرٍ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ رَجُلٍ يُذْنِبُ ذَنْبًا فَيَتَوَضَّأُ فَيُحْسِنُ الْوُضُوءَ قَالَ مِسْعَرٌ وَيُصَلِّي وَقَالَ سُفْيَانُ : ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ فَيَسْتَغْفِرُ اللَّهَ عَزَّ وَجَلَّ إِلاَّ غَفَرَ لَهُ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisindən ﷺ bir hədis eşitdiyim zaman, Allah məni bu hədisdən istədiyi qədər faydalandırardı. Başqası mənə Allah Elçisindən ﷺ bir hədis rəvayət etdikdə isə, o adamdan and içməsini tələb edərdim, əgər and içərdisə, onu təsdiqləyərdim. Bir dəfə Əbu Bəkr ﵁ mənə Allah Elçisindən ﷺ belə eşitdiyini xəbər verdi və o doğru söyləmişdir: “Günah edən elə bir kəs yoxdur ki, dərhal gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılsın və namazında Uca Allahdan bağışlanma diləsin, Allah da onun günahlarını bağışlamasın”.”

Əli
Həsən

Qeyd

Əhməd, 2; İbn Macə, 1144, 1395. Hədis həsəndir. Bax; Mişkətul-Məsabih, 1324.

İstinad

Fəzilətli əməllər, 908 (Kitab 17, 5)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət