Bağışlanma diləməyin fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ الْوُضُوءِ وَلأَخَّرْتُ الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ أَوْ نِصْفِ اللَّيْلِ فَإِذَا مَضَى ثُلُثُ اللَّيْلِ أَوْ نِصْفُ اللَّيْلِ نَزَلَ إِلَى السَّمَاءِ الدُّنْيَا عَزَّ وَجَلَّ فَقَالَ هَلْ مِنْ سَائِلٍ فَأُعْطِيَهُ هَلْ مِنْ مُسْتَغْفِرٍ فَأَغْفِرَ لَهُ هَلْ مِنْ تَائِبٍ فَأَتُوبَ عَلَيْهِ هَلْ مِنْ دَاعٍ فَأُجِيبَهُ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər ümmətim üçün çətin olmasaydı, mən onlara dəstəmazla yanaşı misvakdan istifadə etməyi əmr edərdim və İşa namazını gecənin üçdə birinə və ya yarısına qədər gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdə Allah ﷿ dünya səmasına enir və belə deyir: “İstəyən varmı, ona (istədiyini) verim, bağışlanma diləyən varmı, onu bağışlayım, tövbə edən varmı, onun tövbəsini qəbul edim, dua edən varmı, onun duasını qəbul edim”.”
Qeyd
Əhməd, 9589, 9591, 9220, 9841. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.
İstinad
Fəzilətli əməllər, 909 (Kitab 17, 6)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət