Bağışlanma diləməyin fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ عَبْدًا أَصَابَ ذَنْبًا - وَرُبَّمَا قَالَ أَذْنَبَ ذَنْبًا - فَقَالَ رَبِّ أَذْنَبْتُ - وَرُبَّمَا قَالَ أَصَبْتُ - فَاغْفِرْ لِى فَقَالَ رَبُّهُ أَعَلِمَ عَبْدِى أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ غَفَرْتُ لِعَبْدِى. ثُمَّ مَكَثَ مَا شَاءَ اللَّهُ، ثُمَّ أَصَابَ ذَنْبًا أَوْ أَذْنَبَ ذَنْبًا، فَقَالَ رَبِّ أَذْنَبْتُ - أَوْ أَصَبْتُ - آخَرَ فَاغْفِرْهُ. فَقَالَ أَعَلِمَ عَبْدِى أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ غَفَرْتُ لِعَبْدِى، ثُمَّ مَكَثَ مَا شَاءَ اللَّهُ ثُمَّ أَذْنَبَ ذَنْبًا - وَرُبَّمَا قَالَ أَصَابَ ذَنْبًا - قَالَ قَالَ رَبِّ أَصَبْتُ - أَوْ أَذْنَبْتُ - آخَرَ فَاغْفِرْهُ لِى. فَقَالَ أَعَلِمَ عَبْدِى أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ غَفَرْتُ لِعَبْدِى - ثَلاَثًا - فَلْيَعْمَلْ مَا شَاءَ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “(Bir dəfə Allahın qullarından) biri günah iş gördü və: “Ya Rəbb, mən günah iş gördüm, məni bağışla!”- dedi. Rəbbi buyurdu: “Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi var. Mən onu bağışlayıram”. Bu adam Allahın istədiyi qədər (günah işlətmədən) yaşadıqdan sonra yenə günah iş gördü və: “Ya Rəbb, mən yenə günah iş gördüm, günahımı bağışla!”- dedi. Allah buyurdu: “Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi var. Mən onu bağışlayıram”. Bu adam Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha günah iş gördü və: “Ya Rəbb, mən yenə günah iş gördüm, günahımı bağışla!”- dedi. Allah buyurdu: “Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi var. Mən onu üç dəfə bağışladım. (Bundan sonra) istədiyini edə bilər”.”
Qeyd
əl-Buxari, 6953, 7507.
İstinad
Fəzilətli əməllər, 910 (Kitab 17, 7)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət