Rəhmli ol ki, Allah da sənə rəhm etsin
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ وَمَعَهُ صَبِيٌّ، فَجَعَلَ يَضُمُّهُ إِلَيْهِ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَتَرْحَمُهُ؟ قَالَ: نَعَمْ، قَالَ: فَاللَّهُ أَرْحَمُ بِكَ مِنْكَ بِهِ، وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər qucağındakı körpə ilə Peyğəmbərin ﷺ yanına gəldi. O, körpəni bərk-bərk qucaqlamışdı. Peyğəmbər ﷺ dedi: “Ona rəhm edirsənmi?” Adam: “Bəli”– deyə cavab verdi. (Onda) Peyğəmbər ﷺ dedi: “Allah sənə sən ona (uşağa) rəhm etdiyindən daha çox rəhm edir. O, rəhmlilərin ən Rəhmlisidir”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 377. Hədisin isnadı səhihdir. Bax: əl-Buxari “Ədəbul-Mufrad” 290.
İstinad
Fəzilətli əməllər, 940 (Kitab 17, 37)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət