Tövbə və Mərhəmət

Rəhmli ol ki, Allah da sənə rəhm etsin

عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ جَاءَتْنِي مِسْكِينَةٌ تَحْمِلُ ابْنَتَيْنِ لَهَا فَأَطْعَمْتُهَا ثَلَاثَ تَمَرَاتٍ فَأَعْطَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُمَا تَمْرَةً وَرَفَعَتْ إِلَى فِيهَا تَمْرَةً لِتَأْكُلَهَا فَاسْتَطْعَمَتْهَا ابْنَتَاهَا فَشَقَّتْ التَّمْرَةَ الَّتِي كَانَتْ تُرِيدُ أَنْ تَأْكُلَهَا بَيْنَهُمَا فَأَعْجَبَنِي شَأْنُهَا فَذَكَرْتُ الَّذِي صَنَعَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنَّ اللَّهَ قَدْ أَوْجَبَ لَهَا بِهَا الْجَنَّةَ أَوْ أَعْتَقَهَا بِهَا مِنْ النَّارِ …. وَمَا يُعْجِبُكَ مِنْ ذَلِكَ؟ لَقَدْ رَحِمَهَا اللَّهُ بِرَحْمَتِهَا صَبِيَّيْهَا

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün mənim yanıma iki qızını üstündə gəzdirən yoxsul bir qadın gəldi. Mən ona üç dənə xurma verdim. O da qızlarının hərəsinə bir xurma verdi. Qalan bir xurmanı yemək üçün ağzına apardıqda, qızlarının onu da yemək istədiklərini görüb xurmanı onların arasında bölüşdürdü. Qadının hərəkəti çox xoşuma gəldi və onun bu əməli haqqında Allah Elçisinə ﷺ söylədim. O da belə buyurdu: “Həqiqətən, Allah bu əməlinə görə ona Cənnəti vacib etmişdir və ya Cəhənnəm odundan azad etmişdir”. Digər rəvayətdə deyilir: “Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.”

Aişə
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 89. Hədis səhihdir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 66.

İstinad

Fəzilətli əməllər, 941 (Kitab 17, 38)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət