Tövbə və Mərhəmət

Allah bəndəsinin etdiyi tövbəyə görə sevinir

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ حَدَّثَ بِحَدِيثَيْنِ: أَحَدُهُمَا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالآخَرُ عَنْ نَفْسِهِ قَالَ: إِنَّ الْمُؤْمِنَ يَرَى ذُنُوبَهُ كَأَنَّهُ قَاعِدٌ تَحْتَ جَبَلٍ يَخَافُ أَنْ يَقَعَ عَلَيْهِ وَإِنَّ الْفَاجِرَ يَرَى ذُنُوبَهُ كَذُبَابٍ مَرَّ عَلَى أَنْفِهِ فَقَالَ بِهِ هَكَذَا. ثُمَّ قَالَ: لَلَّهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ مِنْ رَجُلٍ نَزَلَ مَنْزِلاً وَبِهِ مَهْلَكَةٌ وَمَعَهُ رَاحِلَتُهُ عَلَيْهَا طَعَامُهُ وَشَرَابُهُ فَوَضَعَ رَأْسَهُ فَنَامَ نَوْمَةً فَاسْتَيْقَظَ وَقَدْ ذَهَبَتْ رَاحِلَتُهُ حَتَّى إِذَا اشْتَدَّ عَلَيْهِ الْحَرُّ وَالْعَطَشُ أَوْ مَا شَاءَ اللَّهُ قَالَ أَرْجِعُ إِلَى مَكَانِي فَرَجَعَ فَنَامَ نَوْمَةً ثُمَّ رَفَعَ رَأْسَهُ فَإِذَا رَاحِلَتُهُ عِنْدَهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ iki rəvayət – birini Peyğəmbərdən ﷺ, digərini də özündən danışıb demişdir: “Mömin bəndə öz günahlarına baxanda elə düşünür ki, sanki dağın ətəyində oturmuş və az qala bu dağ onun başına uçacaqdır. Günahkar bəndə isə öz günahlarını sanki burnuna qonmuş bir milçək sanır (və elə güman edir ki, əli ilə) onu qovacaqdır”. Sonra o (Peyğəmbərin ﷺ hədisini danışıb) dedi: “Allah Öz qulunun tövbəsinə, üstündə yemək-içməyi yüklənmiş dəvəsi ilə birgə təhlükəli bir yerdə dayanan və başını yerə qoyub yatan, oyandıqda dəvəsinin qaçdığını görən, özü də bərk istiyə və susuzluğa məruz qaldıqdan sonra: “Yerimə qayıdım”- deyib geri qayıdıb bir qədər də yatan və nəhayət, oyanıb başını qaldırdıqda dəvəsini yanında görən kimsədən daha çox sevinir”.”

Abdullah ibn Məsud
Səhih

Qeyd

əl-Buxari, 5949, 6308.

İstinad

Fəzilətli əməllər, 925 (Kitab 17, 22)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət