Bir-birini Allah rizası üçün sevənlər
عَنْ أَنَسٍ أَنّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا مِنْ عَبْدٍ أَتَى أَخًا لَهُ يَزُورُهُ فِي اللَّهِ، إِلا نادى مُنَادٍ مِنَ السَّمَاءِ: أَنْ طِبْتَ، وَطَابَتْ لَكَ الْجَنَّةُ، وَإِلا قَالَ اللَّهُ فِي مَلَكُوتِ عَرْشِهِ: عبدي زَارَ فِيَّ، وَعَلَيَّ قِرَاهُ، فَلَمْ أَرْضَ لَهُ بِقِرًى دُونَ الْجَنَّةِ»
“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər hansı bir bəndə öz qardaşını Allah rizası üçün ziyarət etməyə getdiyi zaman səmadan bir carçı belə deyir: “Xoş gəldin. Sənin üçün Cənnət uğurlu oldu”. Allah Öz Ərşinin səltənətində isə belə buyurur: “Qulum Mənim üçün (qardaşını) ziyarət etdi, ona ziyafət vermək Mənə aiddir. Mən ona Cənnətdən başqa bir ziyafətə razı olmaram”.”
Qeyd
Əbu Yalə, 4140. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2632.
İstinad
Fəzilətli əməllər, 956 (Kitab 17, 53)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət