Tövbə və Mərhəmət

Bir-birini Allah rizası üçün sevənlər

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَجُلًا زَارَ أَخًا لَهُ فِي قَرْيَةٍ أُخْرَى فَأَرْصَدَ اللَّهُ لَهُ عَلَى مَدْرَجَتِهِ مَلَكًا فَلَمَّا أَتَى عَلَيْهِ قَالَ أَيْنَ تُرِيدُ قَالَ أُرِيدُ أَخًا لِي فِي هَذِهِ الْقَرْيَةِ قَالَ هَلْ لَكَ عَلَيْهِ مِنْ نِعْمَةٍ تَرُبُّهَا قَالَ لَا غَيْرَ أَنِّي أَحْبَبْتُهُ فِي اللَّهِ عَزَّ وَجَلَّ قَالَ فَإِنِّي رَسُولُ اللَّهِ إِلَيْكَ بِأَنَّ اللَّهَ قَدْ أَحَبَّكَ كَمَا أَحْبَبْتَهُ فِيهِ قَالَ الشَّيْخُ أَبُو أَحْمَدَ أَخْبَرَنِي أَبُو بَكْرٍ مُحَمَّدُ بْنُ زَنْجُويَةَ الْقُشَيْرِيُّ حَدَّثَنَا عَبْدُ الْأَعْلَى بْنُ حَمَّادٍ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ بِهَذَا الْإِسْنَادِ نَحْوَهُ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “(Bir gün) bir kişi başqa kənddə olan bir (din) qardaşını ziyarət etməyə getdi. Allah onu güdmək üçün onun yoluna bir mələk göndərdi. Mələk onun yanına gəldikdə dedi: “Hara (getmək) istəyirsən?” Kişi dedi: “Bu kənddəki qardaşımı (ziyarət etmək) istəyirəm”. Mələk dedi: “Səninlə onun arasında bir nemətmi var?” Kişi dedi: “Xeyr, mən onu Allah ﷿ üçün sevdim”. Mələk dedi: “Mən Allahın sənə göndərdiyi elçisiyəm. Sən onu Allah üçün sevdiyin kimi Allah da səni sevdi”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 2567, 4656.

İstinad

Fəzilətli əməllər, 955 (Kitab 17, 52)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət