Tövbə və Mərhəmət

Bir-birini Allah rizası üçün sevənlər

عَنْ عُبَادَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قالَ الله تَعَالى: حَقَّتْ مَحَبَّتِي لِلْمُتَحَابِّينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَوَاصِلِينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَنَاصِحِينَ فِيَّ وَحَقَّتْ مَحبَّتِي لِلْمُتَزَاوِرِينَ فِيَّ وَحَقَّتْ مَحَبَّتِي لِلْمُتَبَاذِلِينَ فِيَّ. المُتَحَابُّونَ فِيَّ عَلَى مَنَابِرَ مِنْ نُورٍ يَغْبِطُهُمْ بِمَكانِهِمْ النَّبِيُّونَ وَالصِّدِّيقُونَ وَالشُّهَدَاءُ»

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Uca Allah buyurdu: “Bir-birini Mənə görə sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birinə bağlı olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birinə nəsihət edənlərə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birini sevənlərə nurdan minbərlər var. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edərlər”.”

Ubadə
Səhih

Qeyd

əs-Suyuti “Cəmius-Sağir” 6044. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4321.

İstinad

Fəzilətli əməllər, 954 (Kitab 17, 51)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət