Tövbə və Mərhəmət

Rəhmli ol ki, Allah da sənə rəhm etsin

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رَضِىَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :« الرَّاحِمُونَ يَرْحَمُهُمُ الرَّحْمَنُ ارْحَمُوا مَنْ فِى الأَرْضِ يَرْحَمْكُمْ مَنْ فِى السَّمَاءِ ».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Rəhm edənlərə ər-Rahmən (Mərhəmətli Allah) rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydəki (Allah) sizə rəhm etsin”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 17905, 17962, 18362; Əbu Davud, 4943. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 925.

İstinad

Fəzilətli əməllər, 947 (Kitab 17, 44)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət