Ölən müsəlman üçün digər müsəlmanların şahidlikləri
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ مُسْلِمٍ يَموُتُ فَيَشْهَدُ لَهُ أَرْبَعَةُ أَهْلِ أَبْيَاتٍ مِنْ جِيرَانِهِ الأَدْنَيْنِ أَنَّهُمْ لاَ يَعْلَمُونَ إِلاَّ خَيْرًا إِلاَّ قَالَ الله قَدْ قَبِلْتُ عِلْمَكُمْ وَغَفَرْتُ لَهُ مَا لاَ تَعْلَمُونَ»
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir müsəlman öldükdə ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik edərlərsə, Allah belə buyurar: “Mən sizin bildiklərinizi qəbul etdim və sizin bilmədiklərinizi də ona bağışladım”.”
Qeyd
Əhməd, 13052, 13889; Əbu Yalə, 3481; İbn Hibban, 3026; əl-Hakim, 1398. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3515.
İstinad
Fəzilətli əməllər, 960 (Kitab 18, 1)
Fəzilətli əməllər — Ölüm