Kitab 18

Ölüm

32

hədis

Fəsil 1

Ölən müsəlman üçün digər müsəlmanların şahidlikləri

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ مُسْلِمٍ يَموُتُ فَيَشْهَدُ لَهُ أَرْبَعَةُ أَهْلِ أَبْيَاتٍ مِنْ جِيرَانِهِ الأَدْنَيْنِ أَنَّهُمْ لاَ يَعْلَمُونَ إِلاَّ خَيْرًا إِلاَّ قَالَ الله قَدْ قَبِلْتُ عِلْمَكُمْ وَغَفَرْتُ لَهُ مَا لاَ تَعْلَمُونَ»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir müsəlman öldükdə ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik edərlərsə, Allah belə buyurar: “Mən sizin bildiklərinizi qəbul etdim və sizin bilmədiklərinizi də ona bağışladım”.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 960 (Kitab 18, 1)

Qeyd

Əhməd, 13052, 13889; Əbu Yalə, 3481; İbn Hibban, 3026; əl-Hakim, 1398. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3515.

عَنِ الرُّبيِّع بِنْتَ مُعَوِّذ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا صَلَّوا عَلَى جَنَازَةٍ فَأَثْنَوا خَيْراً، يَقُولُ الرَبُّ: أَجَزْتُ شَهَادَتهُمْ فِيْمَا يَعلَمُونَ، وَأَغْفِرُ لَهُ مَالاَ يَعْلَمُونَ».

“Rəvayət edilir ki, Rubeyyi bint Muəvviz ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir cənazə xeyirlə yad edilirsə, Allah buyurur: “Onların bilib şahidlik etdiklərini qəbul etdim, onların bilmədiklərini isə ona bağışladım”.”

Rubeyyi bint Muəvviz
SəhihFəzilətli əməllər, 961 (Kitab 18, 2)

Qeyd

əl-Buxari “Tarixul-Kəbir” 574. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1364.

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّمَا مُسْلِمٍ شَهِدَ لَهُ أَرْبَعَةٌ بِخَيْرٍ أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ». فَقُلْنَا: وَثَلاَثَةٌ، قَالَ: «وَثَلاَثَةٌ». فَقُلْنَا: وَاثْنَانِ قَالَ: «وَاثْنَانِ». ثُمَّ لَمْ نَسْأَلْهُ عَنِ الْوَاحِدِ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Hansı bir müsəlmanın yaxşı əməl sahibi olduğuna dörd nəfər (müsəlman) şahidlik etsə, Allah onu Cənnətə daxil edər. Biz: “Bəs üç nəfər (olsa)?”- deyə soruşduq. O: “Üç nəfər də (olsa)”- deyə cavab verdi. Biz: “Bəs iki nəfər (olsa)?” - deyə soruşduq. O: “İki nəfər də (olsa)”- deyə cavab verdi. Bundan sonra biz artıq bir nəfər haqqında soruşmadıq”.”

Ömər ibn əl-Xattab
SəhihFəzilətli əməllər, 962 (Kitab 18, 3)

Qeyd

əl-Buxari, 1279, 1368.

Fəsil 2

Ölüm ayağında möminin qəlbində nə olmalıdır?

عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَى شَابٍّ وَهُوَ فِى الْمَوْتِ فَقَالَ «كَيْفَ تَجِدُكَ». قَالَ وَاللَّهِ يَا رَسُولَ اللَّهِ إِنِّى أَرْجُو اللَّهَ وَإِنِّى أَخَافُ ذُنُوبِى. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لاَ يَجْتَمِعَانِ فِى قَلْبِ عَبْدٍ فِى مِثْلِ هَذَا الْمَوْطِنِ إِلاَّ أَعْطَاهُ اللَّهُ مَا يَرْجُو وَآمَنَهُ مِمَّا يَخَافُ».

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: “Özünü necə hiss edirsən?” Gənc dedi: “Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahlarımdan qorxuram”. Allah Elçisi ﷺ belə buyurdu: “Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona ümid etdiyini verər və qorxduğundan da əmin edər”.”

Ənəs
HəsənFəzilətli əməllər, 963 (Kitab 18, 4)

Qeyd

ət-Tirmizi, 983, 999. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1612.

Fəsil 3

Övladı ölən buna səbir edərsə...

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ مَاتَ لَهُ ثَلاَثَةٌ مِنَ الْوَلَدِ فَاحْتَسَبَهُمْ دَخَلَ الْجَنَّةَ»، قُلْنَا: يَا رَسُولَ اللَّهِ، وَاثْنَانِ؟ قَالَ: «وَاثْنَانِ»، قُلْتُ لِجَابِرٍ: وَاللَّهِ، أَرَى لَوْ قُلْتُمْ وَاحِدٌ لَقَالَ. قَالَ: وَأَنَا أَظُنُّهُ وَاللَّهِ.

“Mahmud ibn Ləbid ﵀ rəvayət edir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kimin üç uşağı vəfat etsə və o, bu itkiyə səbir edib savabını Allahdan umarsa, Cənnətə daxil olar.” Biz dedik: “Ey Allahın Elçisi, bəs ikisi necə?” O, dedi: “İkisi olsa da!” (Mahmud ibn Ləbid dedi:) “Mən Cabirə dedim: “Vallahi, güman edirəm ki, əgər siz birini desəydiniz, ona da (“bəli”) deyərdi”. Cabir dedi: “Vallahi ki, mən də belə güman edirəm”.”

Mahmud ibn Ləbid
HəsənFəzilətli əməllər, 964 (Kitab 18, 5)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 146. Hədis həsəndir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 109.

حَدَّثَتْنِي أُمُّ سُلَيْمٍ قَالَتْ: كُنْتُ عِنْدَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «يَا أُمَّ سُلَيْمٍ مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ لَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ، إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ الْجَنَّةَ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمْ»، قُلْتُ: وَاثْنَانِ؟ قَالَ: «وَاثْنَانِ». «...وَمَا مِنْ رَجُلٍ أَعْتَقَ مُسْلِمًا إِلاَّ جَعَلَ اللَّهُ عَزَّ وَجَلَّ كُلَّ عُضْوٍ مِنْهُ، فِكَاكَهُ لِكُلِّ عُضْوٍ مِنْهُ».

“Rəvayət edilir ki, Ummu Suleym ﵂ demişdir: “Bir gün mən Peyğəmbərin ﷺ yanında ikən o, dedi: “Ey Ummu Suleym, üç uşağı vəfat etmiş elə müsəlman cütlük yoxdur ki, Allah onları uşaqlara olan mərhəmətinin lütfü sayəsində Cənnətə daxil etməsin”. Mən dedim: “Bəs ikisi necə?” O, dedi: “İkisi olsa da!” Digər rəvayətdə deyilir: “...Eləcə də, müsəlmanı köləlikdən azad edən elə bir adam yoxdur ki, Allah ﷿ o kölənin hər bir əzasının müqabilində onun bir əzasını (Cəhənnəm əzabından) xilas etməsin”.”

Ummu Suleym
SəhihFəzilətli əməllər, 965 (Kitab 18, 6)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 150. Hədis səhihdir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 109.

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمُ الْجَنَّةَ». قَالَ «يُقَالُ لَهُمُ ادْخُلُوا الْجَنَّةَ فَيَقُولُونَ حَتَّى يَدْخُلَ آبَاؤُنَا فَيُقَالُ ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَآبَاؤُكُمْ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olmayınca (biz girmərik)”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 966 (Kitab 18, 7)

Qeyd

ən-Nəsəi “Sunən” 1853, 1876, 1887. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1991.

عَنْ قُرَّةَ بن إيَاس إِنَّ رَجُلاً كَانَ يَأْتِى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَهُ ابْنٌ لَهُ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَتُحِبُّهُ». فَقَالَ يَا رَسُولَ اللَّهِ أَحَبَّكَ اللَّهُ كَمَا أُحِبُّهُ. فَفَقَدَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ «مَا فَعَلَ ابْنُ فُلاَنٍ». قَالُوا يَا رَسُولَ اللَّهِ مَاتَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأَبِيهِ «أَمَا تُحِبُّ أَنْ لاَ تَأْتِىَ بَاباً مِنْ أَبْوَابِ الْجَنَّةِ إِلاَ وَجَدْتَهُ يَنْتَظِرُكَ». فَقَالَ الرَّجُلُ يَا رَسُولَ اللَّهِ أَلَهُ خَاصَّةً أَوْ لِكُلِّنا قَالَ «بَلْ لِكُلِّكُمْ».

“Qurra ibn İyəs ﵁ rəvayət edir ki, bir kişi oğlu ilə birlikdə Peyğəmbərin ﷺ yanına gəlirdi. Peyğəmbər ﷺ dedi: “Sən onu sevirsən?” O dedi: “Bəli, ey Allahın Elçisi, mən onu sevdiyim kimi Allah da səni sevsin”. Peyğəmbər ﷺ onu bir müddət görmədikdə dedi: “Filankəsin oğlu necədir?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, o öldü”. Peyğəmbər ﷺ onun atasına dedi: “Məgər sən Cənnətin qapılarından istədiyinə gəldikdə, onun orada səni gözlədiyini görmək istəməzsənmi?” O kişi dedi: “Ey Allahın Elçisi, bu, yalnız ona aiddir, yoxsa hamımıza?” Peyğəmbər ﷺ dedi: “Əksinə, hamınıza”.”

Qurra ibn İyəs
SəhihFəzilətli əməllər, 967 (Kitab 18, 8)

Qeyd

Əhməd, 20365, 20381. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2007.

عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا مَاتَ وَلَدُ الْعَبْدِ قَالَ اللَّهُ لِمَلاَئِكَتِهِ قَبَضْتُمْ وَلَدَ عَبْدِى. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ قَبَضْتُمْ ثَمَرَةَ فُؤَادِهِ. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ مَاذَا قَالَ عَبْدِى فَيَقُولُونَ حَمِدَكَ وَاسْتَرْجَعَ. فَيَقُولُ اللَّهُ ابْنُوا لِعَبْدِى بَيْتًا فِى الْجَنَّةِ وَسَمُّوهُ بَيْتَ الْحَمْدِ»

“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir bəndənin uşağı öldükdə Allah mələklərindən soruşur: “Qulumun uşağını aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Allah soruşur: “Qulumun ürəyinin meyvəsini aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Sonra Allah buyurur: “Qulum nə dedi?” Onlar deyirlər: “Sənə həmd və istirca etdi”. Allah buyurur: “Quluma Cənnətdə bir ev tikin və adını “Həmd evi” qoyun!””

Əbu Musa əl-Əşari
HəsənFəzilətli əməllər, 968 (Kitab 18, 9)

Qeyd

ət-Tirmizi, 1021, 1037. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1408.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَوْلاَد الْمُؤمِنِينَ فِي جَبَلٍ فِي الْجَنَّةِ، يَكْفُلهُمْ إِبْرَاهِيمُ وَسَارة، حَتَّى يَرُدَّهُمْ إِلَى آبَائِهِمْ يَومَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Möminlərin (həddi-büluğa çatmadan ölən) uşaqları Cənnətdəki dağdadır. Qiyamət günü valideynlərinə qaytarılana qədər onlara İbrahim və Sara himayədarlıq edirlər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 969 (Kitab 18, 10)

Qeyd

əl-Hakim, 1418. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1467.

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ امْرَأَةً أَتَتِ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِيٍّ فَقَالَتِ: ادْعُ لَهُ، فَقَدْ دَفَنْتُ ثَلاَثَةً، فَقَالَ: احْتَظَرْتِ بِحِظَارٍ شَدِيدٍ مِنَ النَّارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir qadın öz körpəsini Peyğəmbərin ﷺ yanına gətirib dedi: “Onun üçün dua et, (ey Allahın Elçisi)! Mən artıq üçünü dəfn etmişəm”. O, dedi: “Sən Cəhənnəm odundan möhkəm bir hasarla qorundun”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 970 (Kitab 18, 11)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad, 144; Muslim, 2636, 4771, 6871.

عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ لاَ يَرْضَى لِعَبْدِهِ الْمُؤْمِنِ إِذَا ذَهَبَ بِصَفِيِّهِ مِنْ أَهْلِ الأَرْضِ فَصَبَرَ وَاحْتَسَبَ وَقَالَ مَا أُمِرَ بِهِ بِثَوَابٍ دُونَ الْجَنَّةِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah mömin qulundan övladını itirən və səbir edib mükafatını Allahdan gözləyən kimsəyə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaz”.”

Abdullah ibn Amr ibn əl-As
HəsənFəzilətli əməllər, 971 (Kitab 18, 12)

Qeyd

ən-Nəsəi, 1871, 1882. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1851.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ تَعَالَى مَا لِعَبْدِى الْمُؤْمِنِ عِنْدِى جَزَاءٌ، إِذَا قَبَضْتُ صَفِيَّهُ مِنْ أَهْلِ الدُّنْيَا، ثُمَّ احْتَسَبَهُ إِلاَّ الْجَنَّةُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Uca Allah buyurur: “Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o, buna (səbir edib Axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 972 (Kitab 18, 13)

Qeyd

əl-Buxari, 5944, 6424.

عَنْ خَالِدٍ الْعَبْسِيِّ قَالَ: مَاتَ ابْنٌ لِي، فَوَجَدْتُ عَلَيْهِ وَجَدَا شَدِيدًا، فَقُلْتُ: يَا أَبَا هُرَيْرَةَ، مَا سَمِعْتَ مِنَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا تُسَخِّي بِهِ أَنْفُسَنَا عَنْ مَوْتَانَا؟ قَالَ: سَمِعْتُ مِنَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «صِغَارُكُمْ دَعَامِيصُ الْجَنَّةِ».

“Rəvayət edilir ki, Xalid əl-Absi ﵀ demişdir: “Mənim övladım öldükdə mən buna çox kədərləndim. (Sonra Əbu Hureyranın yanına gəlib) dedim: “Ey Əbu Hureyra, Peyğəmbərdən ﷺ ölülərimizə dair elə bir şey eşitmisənmi ki, onunla bizə təskinlik verəsən?” O dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Uşaqlarınız Cənnətin bataqlıq cücüləridirlər”.”

Xalid əl-Absi
SəhihFəzilətli əməllər, 973 (Kitab 18, 14)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 145. Hədis səhihdir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 108.

عَنْ أَبِى حَسَّانَ قَالَ قُلْتُ لأَبِى هُرَيْرَةَ إِنَّهُ قَدْ مَاتَ لِىَ ابْنَانِ فَمَا أَنْتَ مُحَدِّثِى عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِحَدِيثٍ تُطَيِّبُ بِهِ أَنْفُسَنَا عَنْ مَوْتَانَا قَالَ قَالَ نَعَمْ « صِغَارُهُمْ دَعَامِيصُ الْجَنَّةِ يَتَلَقَّى أَحَدُهُمْ أَبَاهُ - أَوْ قَالَ أَبَوَيْهِ - فَيَأْخُذُ بِثَوْبِهِ - أَوْ قَالَ بِيَدِهِ - كَمَا آخُذُ أَنَا بِصَنِفَةِ ثَوْبِكَ هَذَا فَلاَ يَتَنَاهَى - أَوْ قَالَ فَلاَ يَنْتَهِى - حَتَّى يُدْخِلَهُ اللَّهُ وَأَبَاهُ الْجَنَّةَ ».

“Rəvayət edilir ki, Əbu Həssan ﵀ demişdir: “Mən Əbu Hureyradan soruşdum: “Mənim iki övladım vəfat etdi. Sən bizə Allah Elçisindən ﷺ elə bir hədis danışa bilərsənmi ki, onunla bizə təsəlli verəsən?!” O: “Bəli!” deyib Peyğəmbərin ﷺ belə dediyini rəvayət etdi: “Uşaqlarınız Cənnətin bataqlıq cücüləridirlər. Onlardan (hər) biri (Qiyamət günü) valideyni ilə, yaxud onların hər ikisi ilə qarşılaşacaq, sonra da onun libasının ətəyindən, yaxud əlindən tutacaq və Allah onu valideynləri ilə birgə Cənnətə daxil edəcək”.”

Əbu Həssan
SəhihFəzilətli əməllər, 974 (Kitab 18, 15)

Qeyd

Muslim, 2635, 4769, 6870.

Fəsil 4

Meyitin qəbirdəki halı

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ الْمَيِّتَ إِذَا وُضِعَ فِي قَبْرِهِ إِنَّهُ يَسْمَعُ خَفْقَ نِعَالِهِمْ حِينَ يُوَلُّونَ عَنْهُ، فَإِنْ كَانَ مُؤْمِنًا، كَانَتِ الصَّلاَةُ عِنْدَ رَأْسِهِ، وَكَانَ الصِّيَامُ عَنْ يَمِينِهِ، وَكَانَتِ الزَّكَاةُ عَنْ شِمَالِهِ، وَكَانَ فِعْلُ الْخَيْرَاتِ مِنَ الصَّدَقَةِ وَالصِّلَةِ وَالْمَعْرُوفِ وَالْإِحْسَانِ إِلَى النَّاسِ عِنْدَ رِجْلَيْهِ. فَيُؤْتَى مِنْ قِبَلِ رَأْسِهِ، فَتَقُولُ الصَّلاَةُ: مَا قِبَلِي مَدْخَلٌ، ثُمَّ يُؤْتَى عَنْ يَمِينِهِ، فَيَقُولُ الصِّيَامُ: مَا قِبَلِي مَدْخَلٌ، ثُمَّ يُؤْتَى عَنْ يَسَارِهِ، فَتَقُولُ الزَّكَاةُ: مَا قِبَلِي مَدْخَلٌ، ثُمَّ يُؤْتَى مِنْ قِبَلِ رِجْلَيْهِ، فَتَقُولُ فَعَلُ الْخَيْرَاتِ مِنَ الصَّدَقَةِ وَالصِّلَةِ وَالْمَعْرُوفِ وَالْإِحْسَانِ إِلَى النَّاسِ: مَا قِبَلِي مَدْخَلٌ، فَيُقَالُ لَهُ: اجْلِسْ فَيَجْلِسُ، وَقَدْ مُثِّلَتْ لَهُ الشَّمْسُ وَقَدْ أُدْنِيَتْ لِلْغُرُوبِ، فَيُقَالُ لَهُ: أَرَأَيْتَكَ هَذَا الرَّجُلَ الَّذِي كَانَ فِيكُمْ مَا تَقُولُ فِيهِ، وَمَاذَا تَشَهَّدُ بِهِ عَلَيْهِ؟ فَيَقُولُ: دَعُونِي حَتَّى أُصَلِّيَ، فَيَقُولُونَ: إِنَّكَ سَتَفْعَلُ، أَخْبَرَنِي عَمَّا نَسْأَلُكُ عَنْهُ، أَرَأَيْتَكَ هَذَا الرَّجُلَ الَّذِي كَانَ فِيكُمْ مَا تَقُولُ فِيهِ، وَمَاذَا تَشَهَّدُ عَلَيْهِ؟ قَالَ: فَيَقُولُ: مُحَمَّدٌ أَشْهَدُ أَنَّهُ رَسُولُ اللَّهِ، وَأَنَّهُ جَاءَ بِالْحَقِّ مِنْ عِنْدِ اللَّهِ، فَيُقَالُ لَهُ: عَلَى ذَلِكَ حَيِيتَ وَعَلَى ذَلِكَ مِتَّ، وَعَلَى ذَلِكَ تُبْعَثُ إِنْ شَاءَ اللَّهُ، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ الْجَنَّةِ، فَيُقَالُ لَهُ: هَذَا مَقْعَدُكَ مِنْهَا، وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهَا، فَيَزْدَادُ غِبْطَةً وَسُرُورًا، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ النَّارِ، فَيُقَالُ لَهُ: هَذَا مَقْعَدُكَ مِنْهَا وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهَا لَوْ عَصَيْتَهُ، فَيَزْدَادُ غِبْطَةً وَسُرُورًا، ثُمَّ يُفْسَحُ لَهُ فِي قَبْرِهِ سَبْعُونَ ذِرَاعًا، وَيُنَوَّرُ لَهُ فِيهِ، وَيُعَادُ الْجَسَدُ لِمَا بَدَأَ مِنْهُ، فَتَجْعَلُ نَسْمَتُهُ فِي النَّسَمِ الطِّيِّبِ وَهِيَ طَيْرٌ يَعْلُقُ فِي شَجَرِ الْجَنَّةِ، قَالَ: فَذَلِكَ قَوْلُهُ تَعَالَى }يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ{ إِلَى آخِرِ الْآيَةِ قَالَ: وَإِنَّ الْكَافِرَ إِذَا أُتِيَ مِنْ قِبَلِ رَأْسِهِ، لَمْ يُوجَدْ شَيْءٌ، ثُمَّ أُتِيَ عَنْ يَمِينِهِ، فَلاَ يُوجَدُ شَيْءٌ، ثُمَّ أُتِيَ عَنْ شِمَالِهِ، فَلاَ يُوجَدُ شَيْءٌ، ثُمَّ أُتِيَ مِنْ قِبَلِ رِجْلَيْهِ، فَلاَ يُوجَدُ شَيْءٌ، فَيُقَالُ لَهُ: اجْلِسْ، فَيَجْلِسُ خَائِفًا مَرْعُوبًا، فَيُقَالُ لَهُ: أَرَأَيْتَكَ هَذَا الرَّجُلَ الَّذِي كَانَ فِيكُمْ مَاذَا تَقُولُ فِيهِ؟ وَمَاذَا تَشَهَّدُ بِهِ عَلَيْهِ؟ فَيَقُولُ: أَيُّ رَجُلٍ؟ فَيُقَالُ: الَّذِي كَانَ فِيكُمْ، فَلاَ يَهْتَدِي لِاسْمِهِ حَتَّى يُقَالَ لَهُ: مُحَمَّدٌ، فَيَقُولُ: مَا أَدْرِي، سَمِعْتُ النَّاسَ قَالُوا قَوْلًا، فَقُلْتُ كَمَا قَالَ النَّاسُ، فَيُقَالُ لَهُ: عَلَى ذَلِكَ حَيِيتَ، وَعَلَى ذَلِكَ مِتَّ، وَعَلَى ذَلِكَ تُبْعَثُ إِنْ شَاءَ اللَّهُ، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ النَّارِ، فَيُقَالُ لَهُ: هَذَا مَقْعَدُكَ مِنَ النَّارِ، وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهَا، فَيَزْدَادُ حَسْرَةً وَثُبُورًا، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ الْجَنَّةِ، فَيُقَالُ لَهُ: ذَلِكَ مَقْعَدُكَ مِنَ الْجَنَّةِ، وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهِ لَوْ أَطَعْتَهُ فَيَزْدَادُ حَسْرَةً وَثُبُورًا، ثُمَّ يُضَيَّقُ عَلَيْهِ قَبْرُهُ حَتَّى تَخْتَلِفَ فِيهِ أَضْلاَعُهُ، فَتِلْكَ الْمَعِيشَةُ الضَّنْكَةُ الَّتِي قَالَ اللَّهُ: }فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى{ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Həqiqətən, meyit qəbrə qoyulduqda insanlar dönüb getdikləri zaman onların ayaqlarının səslərini eşidir. Əgər o, mömin olubsa, başının üstündə namaz, sağ tərəfində oruc, sol tərəfində zəkat, ayaqları tərəfində isə sədəqə, qohumluq əlaqələri, yaxşı işlər və insanlara edilən yaxşılıqlar kimi əməlləri olacaq. Baş tərəfindən əzab yaxınlaşdıqda namaz deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra sağından əzab yaxınlaşdıqda oruc deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra solundan əzab yaxınlaşdıqda zəkat deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra ayaqları tərəfdən əzab yaxınlaşdıqda sədəqə, qohumluq əlaqələrini möhkəmlətmək və insanlara xeyirxahlıq etmək kimi yaxşı əməllər deyir: “Mən tərəfdən yol yoxdur”. Ona: “Otur”- deyiləcək, o da oturacaq. Ona günəşin batması göstəriləcək və deyiləcək: “Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?” O deyəcək: “Buraxın namazımı qılım”. Onlar deyəcəklər: “Sən edəcəksən, səndən soruşduğumuzu mənə xəbər ver. Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?” O deyəcək: “O Muhəmməddir, mən şahidlik edirəm ki, o, Allahın Elçisidir. O, Allahın dərgahından haqq ilə gəlmişdir”. Ona deyiləcək: “Sən bunun üzərində yaşadın, bunun üzərində də öldün və Allahın izni ilə bunun üzərində də diriləcəksən“. Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: “Bu sənin Cənnətdəki yerindir və Allahın sənin üçün orada hazırladıqlarıdır”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: “Əgər sən asi olsaydın, bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqları olardı”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun qəbri yetmiş dirsək genişlənəcək və nurlanacaq. Onun cəsədi əvvəlki halına qaytarılacaq və ruhu Cənnət ağacından asılan quşun daxilinə qoyulacaq. Bu haqda Uca Allahın ayəsində deyilir: “Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları azdırar. Allah istədiyini edər” (İbrahim, 27). Həqiqətən, kafirə baş tərəfindən əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra sağından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra solundan əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra ayaqlarından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Ona: “Otur”- deyiləcək, o da qorxu içində oturacaq. Ona deyiləcək: “Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?“ O deyəcək: “Hansı kişi?” Ona deyiləcək: “Aranızda olan kişi”. O, bu adı söyləməyə hidayət olunmadıqda, nəhayət, ona deyiləcək: “O, Muhəmməddir!” O deyəcək: “Bilmirəm, insanların nə isə dediyini eşitdim, mən də insanların söylədikləri kimi söyləyirəm”. Ona deyiləcək: “Sən bunun üzərində yaşadın, bunun üzərində öldün və Allahın izni ilə bunun üzərində də diriləcəksən”. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: “Bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqlarıdır”. Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: “Əgər sən itaət etsəydin, bu sənin Cənnətdəki yerin və Allahın sənin üçün orada hazırladıqları (nemətlər) olardı”. Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun qəbri o qədər daralacaq ki, qabırğaları bir-birinə keçəcək. Bu, Allahın ayəsində buyurduğu sıxıntılı güzərandır: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (Taha, 124)”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 975 (Kitab 18, 16)

Qeyd

İbn Hibban, 3113. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3561.

Fəsil 5

Ailə, mal-dövlət və əməl

عَن أبي هُرَيرة أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: مثل ابن آدم وماله وأهله وعمله كرجل كان له ثلاثة إخوة، أو ثلاثة أصحاب فقال: أحدهم: أنا معك حياتك فإذا مت فلست منك ولست مني، وَقال الآخر: أنا معك فإذا بلغت تلك الشجرة فلست منك ولست مني، وَقال الآخر: أنا معك حيا وميتا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Adəm oğlunun malının, ailəsinin və əməlinin məsəli üç qardaşı və ya üç dostu olan kişinin məsəli kimidir. Onlardan biri (malı) deyir: “Sağlığında mən səninləyəm. Sən öldükdə isə nə mən səninlə, nə də sən mənimləsən”. O biri (ailəsi) deyir: “Mən səninləyəm. Sən o ağaca çatdıqda, nə mən səninlə, nə də sən mənimləsən”. Digəri isə (əməli) belə deyir: “Sən diri ikən də, ölü ikən də mən səninləyəm”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 976 (Kitab 18, 17)

Qeyd

əl-Bəzzər, 8356. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3232.

Fəsil 6

Meyiti yuyan, kəfənləyən və qəbrini qazanın fəziləti

عَنْ أَبِي رَافِعٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ غَسَّلَ مَيِّتاً فَكَتَمَ عَلَيْهِ غُفِرَ لَهُ أَرْبَعيْنَ مَرَّهً، )مَنْ غَسَّلَ مَيِّتًا، فَسَتَرَهُ سَتَرَهُ اللَّهُ مِنَ الذُّنُوبِ ( وَمَنْ كَفَّنَ مَيِّتاً كَسَاهُ اللهُ مِنْ سُنْدسِ وَإِسْتَبْرَقِ الْجَنَّة، وَمَنْ حَفَرَ لِمَيِّتٍ قَبْراً فَأَجَنَّهُ فِيهِ، أُجْرِى لَهُ مِنَ الأَجْرِ كَأَجْرِ مَسْكَنٍ أَسْكَنَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir meyitə qüsl verib onun (eyiblərini) gizli saxlayarsa, qırx dəfə bağışlanar. (Digər rəvayətdə deyilir: “Allah onun günahlarını gizlədər”). Kim bir meyiti kəfənləyərsə, Allah Cənnətdə onun əyninə taftadan və atlazdan paltar geyindirər. Kim bir meyit üçün qəbir qazıb onu dəfn edərsə, Qiyamət gününədək onu məskun etdiyi yerə görə ona savab yazılar”.”

Əbu Rafi
SəhihFəzilətli əməllər, 977 (Kitab 18, 18)

Qeyd

əl-Hakim, 1307. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2492.

Fəsil 7

Son əməlin yaxşı əməl olması

عَنْ حُذَيْفَةَ قَالَ أَسْنَدْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى صَدْرِى فَقَالَ «مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ». قَالَ حَسَنٌ «ابْتِغَاءَ وَجْهِ اللَّهِ خُتِمَ لَهُ بِهَا دَخَلَ الْجَنَّةَ وَمَنْ صَامَ يَوْماً ابْتِغَاءَ وَجْهِ اللَّهِ خُتِمَ لَهُ بِهَا دَخَلَ الْجَنَّةَ وَمَنْ تَصَدَّقَ بِصَدَقَةٍ ابْتِغَاءَ وَجْهِ اللَّهِ خُتمَ لَهُ بِهَا دَخَلَ الْجَنَّةَ».

“Huzeyfə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allahın rizası üçün “lə iləhə illəllah” deyər və həyatı onunla sona çatarsa, Cənnətə girər. Kim Allah rizası üçün oruc tutar və həyatı onunla sona çatarsa, Cənnətə girər. Kim Allah rizası üçün bir sədəqə verər və həyatı onunla sona çatarsa, Cənnətə girər”.”

Huzeyfə
SəhihFəzilətli əməllər, 978 (Kitab 18, 19)

Qeyd

Əhməd, 23372, 24028. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 985.

Fəsil 8

Müsəlman öldükdən sonra da ona savab yazıla bilər

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ الْعَاصَ بْنَ وَائِلٍ أَوْصَى أَنْ يُعْتَقَ عَنْهُ مِائَةُ رَقَبَةٍ فَأَعْتَقَ ابْنُهُ هِشَامٌ خَمْسِينَ رَقَبَةً فَأَرَادَ ابْنُهُ عَمْرٌو أَنْ يَعْتِقَ عَنْهُ الْخَمْسِينَ الْبَاقِيَةَ فَقَالَ حَتَّى أَسْأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبِى أَوْصَى بِعِتْقِ مِائَةِ رَقَبَةٍ وَإِنَّ هِشَامًا أَعْتَقَ عَنْهُ خَمْسِينَ وَبَقِيَتْ عَلَيْهِ خَمْسُونَ رَقَبَةً أَفَأُعْتِقُ عَنْهُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّهُ لَوْ كَانَ مُسْلِمًا فَأَعْتَقْتُمْ عَنْهُ أَوْ تَصَدَّقْتُمْ عَنْهُ أَوْ حَجَجْتُمْ عَنْهُ بَلَغَهُ ذَلِكَ».

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, əl-As ibn Vail ölümündən sonra yüz kölə azad edilməsini vəsiyyət etmişdi. Oğlu Hişam əlli kölə azad etdi. Qalan əlli köləni də digər oğlu Amr azad etmək istədi və dedi: “Mən bu haqda Allah Elçisindən ﷺ soruşacağam”. O, Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Atam öz adından yüz kölə azad edilməsini vəsiyyət etmişdi. (Qardaşım) Hişam əlli kölə azad etdi. İndi atamın üzərində borc olaraq əlli kölə qaldı. Bunu onun üçün azad edə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Əgər o, müsəlman olsaydı, onun adından kölə azad etsəydiniz, yaxud sədəqə versəydiniz, ya da həcc etsəydiniz, bu, ona çatardı”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənFəzilətli əməllər, 979 (Kitab 18, 20)

Qeyd

Əbu Davud, 2883, 2885. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 3077.

عَنْ سَلْمَانَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَرْبَعٌ مِنْ عَمَلِ الأَحْيَاءِ يَجْرِي لِلأَمْوَاتِ: رَجُلٌ تَرَكَ عَقِبًا صَالِحًا فيدعو، فيبلغه دُعَاؤُهُمْ. وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ جَارِيَةٍ، لَهُ مِنْ بَعْدِهِ أَجْرُهَا مَا جَرَتْ وَرَجُلٌ عَلَّمَ عِلْمًا يُعمَلُ بِهِ مِنْ بَعْدِهِ، فله مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهِ؛ مِنْ غَيْرِ أَنْ ينتقص مِنْ [أَجْرِ] عمله شيئاً. وَرَجُلٌ مُرَابِط يُنمَى له عمله إلى يَوْم الحِْسَاب

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sağ olanların etdiyi dörd əməl var ki, bu əməllərin savabı ölənlərə də yazılır; arxasınca ona dua edən əməlisaleh övlad qoyub gedən şəxsə övladın duası yetişir. Özündən sonra ardı-arası kəsilməyən sədəqə qoyub gedənə, ondan istifadə edildiyi müddətdə savab yazılır. Elm öyrədənə onunla (həmin elmlə) əməl edildiyi müddətdə, əməl edənlərin savablarından azalmamaq şərti ilə savab yazılır. Sərhəddə keşik çəkən kişiyə Haqq-hesab gününədək əməli artırılaraq savab yazılır”.”

Salman
HəsənFəzilətli əməllər, 980 (Kitab 18, 21)

Qeyd

İbn Əbud-Dunya “əl-İyal” 2/431, 613; ət-Tabərani “Mucəmul-Kəbir” 6058, 6181. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 3984.

عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ، عَنْ أَبِيهِ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «خَيْرُ مَا يُخَلِّفُ الرَّجُلُ بَعْدَهُ ثَلاَثٌ: وَلَدٌ صَالِحٌ يَدْعُو لَهُ، وَصَدَقَةٌ تَجْرِي يَبْلُغُهُ أَجْرُهَا، وَعِلْمٌ يُنْتَفَعُ بِهِ مِنْ بَعْدِهِ».

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Öləndən sonra kişiyə ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihFəzilətli əməllər, 981 (Kitab 18, 22)

Qeyd

İbn Hibban, 93. Hədis səhihdir. Bax: Təliqur-Rağib, 1/58.

عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: سَبْعٌ يَجْرِي لِلْعَبْدِ أَجْرَهُنَّ وَهُوَ في قَبْرِهِ بَعْدَ مَوْتِهِ مَنْ عَلَّمَ عِلْماً أَوْ أَجْرَى نَهْراً أوْ حَفَرَ بِئْراً أوْ غَرَسَ نَخْلاً أَوْ بَنَى مَسْجِداً أَوْ وَرَّثَ مُصْحَفاً أَوْ تَرَكَ وَلَداً يَسْتَغْفِرُ لَهُ بَعْدَ مَوْتِهِ

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qulun yeddi əməli var ki, ölümündən sonra qəbirdə ikən ona yazılmağa davam edir; elm öyrədən, su kanalı çəkdirən, quyu qazan, xurma ağacı əkən, məscid tikdirən, Quran miras qoyan və ölümündən sonra onun üçün istiğfar edən bir övlad qoyub gedən”.”

Ənəs
SəhihFəzilətli əməllər, 982 (Kitab 18, 23)

Qeyd

əl-Bəzzər, 7289. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2600.

Fəsil 9

Əməlisaleh övladın faydası

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَيَرْفَعُ الدَّرَجَةَ لِلْعَبْدِ الصَّالِحِ فِى الْجَنَّةِ فَيَقُولُ يَارَبِّ أَنَّى لِى هَذِهِ؟ فَيَقُولُ بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ əməlisaleh qulunun Cənnətdə dərəcəsini artırır. O deyir: “Ya Rəbb! Bu mənə haradandır?” Allah buyurur: “Övladının sənin üçün bağışlanma diləməsinə görədir”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 983 (Kitab 18, 24)

Qeyd

Əhməd, 10611, 10618, 10890. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.

Fəsil 10

Malını müdafiə etmək haqlardandır

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قُتِلَ دُونَ مَالِهِ مَظْلُومًا فَلَهُ الْجَنَّةُ».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim malını müdafiə edərkən haqsız yerə öldürülərsə, ona Cənnət verilər”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 984 (Kitab 18, 25)

Qeyd

ən-Nəsəi “Sunən” 4086, 4103. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6446.

Fəsil 11

Cənazədə iştirak etməyin fəziləti

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: عُودُوَا الْمَرْضَى، وَاتَّبَعُوا الْجَنَائِزَ تُذَكِّرُكُمُ الْآخِرَةَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xəstələrinizi ziyarət edin və cənazəni müşayiət edin ki, Axirəti xatırlayasınız”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 985 (Kitab 18, 26)

Qeyd

İbn Hibban, 2955. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3469.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنِ اتَّبَعَ جَنَازَةَ مُسْلِمٍ إِيمَانًا وَاحْتِسَابًا، وَكَانَ مَعَهُ حَتَّى يُصَلَّى عَلَيْهَا، وَيَفْرُغَ مِنْ دَفْنِهَا ، فَإِنَّهُ يَرْجِعُ مِنَ الأَجْرِ بِقِيرَاطَيْنِ، كُلُّ قِيرَاطٍ مِثْلُ أُحُدٍ، وَمَنْ صَلَّى عَلَيْهَا ثُمَّ رَجَعَ قَبْلَ أَنْ تُدْفَنَ فَإِنَّهُ يَرْجِعُ بِقِيرَاطٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim imanla, mükafatını (yalnız Allahdan) umaraq cənazənin ardınca getsə, namazını qılıb dəfn edilənədək yanında qalsa, iki qirat savabla geri qayıdar ki, qiratların hər biri Uhud dağı boyda olar. Kim cənazə namazı qılıb dəfn edilməmişdən əvvəl geri qayıtsa, bir qiratla geri qayıtmış olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 986 (Kitab 18, 27)

Qeyd

əl-Buxari, 47; Muslim, 1570, 2186.

Fəsil 12

Cənazə namazının fəziləti

عَنْ عَائِشَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا مِنْ مَيِّتٍ تُصَلِّي عَلَيْهِ أُمَّةٌ مِنْ الْمُسْلِمِينَ يَبْلُغُونَ مِائَةً كُلُّهُمْ يَشْفَعُونَ لَهُ إِلَّا شُفِّعُوا فِيهِ

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər hansı bir ölünün cənazə namazını sayı yüzə qədər olan müsəlman camaat qılar və onların hamısı onun üçün şəfaət diləyərsə, şəfaətləri qəbul olunar”.”

Aişə
SəhihFəzilətli əməllər, 987 (Kitab 18, 28)

Qeyd

Muslim, 947, 2241.

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ صَلَّى عَلَيْهِ مِائَةٌ مِنَ الْمُسْلِمِينَ غُفِرَ لَهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kimin cənazə namazını yüz müsəlman qılarsa, o bağışlanar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 988 (Kitab 18, 29)

Qeyd

İbn Macə, 1488, 1555. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6356.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ أَنَّهُ مَاتَ ابْنٌ لَهُ بِقُدَيْدٍ أَوْ بِعُسْفَانَ فَقَالَ يَا كُرَيْبُ انْظُرْ مَا اجْتَمَعَ لَهُ مِنْ النَّاسِ قَالَ فَخَرَجْتُ فَإِذَا نَاسٌ قَدْ اجْتَمَعُوا لَهُ فَأَخْبَرْتُهُ فَقَالَ تَقُولُ هُمْ أَرْبَعُونَ قَالَ نَعَمْ قَالَ أَخْرِجُوهُ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ مَا مِنْ رَجُلٍ مُسْلِمٍ يَمُوتُ فَيَقُومُ عَلَى جَنَازَتِهِ أَرْبَعُونَ رَجُلًا لَا يُشْرِكُونَ بِاللَّهِ شَيْئًا إِلَّا شَفَّعَهُمْ اللَّهُ فِيهِ

“Abdullah ibn Abbas ﵄ belə rəvayət edir ki, onun oğlu Qudeyd və ya Usfan öldüyü vaxt belə buyurdu: “Ey Kureyb, çıx, bir bax, gör onun üçün nə qədər adam yığışıb?” Mən çıxıb baxdığım vaxt insanlar toplaşmışdı. Bunu ona xəbər verdiyimdə məndən: “Onlar qırx nəfər olarmı?” deyə soruşdu. Mən: “Bəli”- deyə cavab verdim. O, belə buyurdu: “Onu çıxardın! Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Ölən müsəlman bir kişinin cənazə namazını Allaha şərik qoşmayan qırx kişi qılarsa, Allah onları onun üçün şəfaətçi edər”.”

Abdullah ibn Abbas
SəhihFəzilətli əməllər, 989 (Kitab 18, 30)

Qeyd

Muslim, 948, 1577, 2242.

Fəsil 13

Ölən müsəlman üçün edilən şahidlik

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّمَا مُسْلِمٍ شَهِدَ لَهُ أَرْبَعَةٌ بِخَيْرٍ أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ». فَقُلْنَا: وَثَلاَثَةٌ، قَالَ: «وَثَلاَثَةٌ». فَقُلْنَا: وَاثْنَانِ قَالَ: «وَاثْنَانِ». ثُمَّ لَمْ نَسْأَلْهُ عَنِ الْوَاحِدِ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Hansı bir müsəlmanın yaxşı əməl sahibi olduğuna dörd nəfər (müsəlman) şahidlik etsə, Allah onu Cənnətə daxil edər. Biz: “Bəs üç nəfər (olsa)?”– deyə soruşduq. O: “Üç nəfər də (olsa)”- deyə cavab verdi. Biz: “Bəs iki nəfər (olsa)?”- deyə soruşduq. O: “İki nəfər də (olsa)”- deyə cavab verdi. Bundan sonra biz artıq bir nəfər haqqında soruşmadıq”.”

Ömər ibn əl-Xattab
SəhihFəzilətli əməllər, 990 (Kitab 18, 31)

Qeyd

əl-Buxari, 1279, 1368.

Fəsil 14

Qəbir ziyarəti ölümü xatırladır

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: كُنْتُ نَهَيْتُكُمْ عَنِ زِيَارَةِ الْقُبُورِ أَلاَ فَزُورُوهَا فَإِنَّهَا تُرِقُّ الْقَلْب وَتُدْمِعُ الْعَيْنَ وَتُذَكِّرُ الآخِرَةَ وَلاَ تَقُولُوا هُجْراً

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin! Həqiqətən də, qəbirləri ziyarət etmək qəlbi yumşaldır, göz yaşı axıdır və Axirəti xatırladır. Orada pis söz söyləməyin!””

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 991 (Kitab 18, 32)

Qeyd

əl-Hakim, 1393. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4584.