Ölüm

Müsəlman öldükdən sonra da ona savab yazıla bilər

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ الْعَاصَ بْنَ وَائِلٍ أَوْصَى أَنْ يُعْتَقَ عَنْهُ مِائَةُ رَقَبَةٍ فَأَعْتَقَ ابْنُهُ هِشَامٌ خَمْسِينَ رَقَبَةً فَأَرَادَ ابْنُهُ عَمْرٌو أَنْ يَعْتِقَ عَنْهُ الْخَمْسِينَ الْبَاقِيَةَ فَقَالَ حَتَّى أَسْأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبِى أَوْصَى بِعِتْقِ مِائَةِ رَقَبَةٍ وَإِنَّ هِشَامًا أَعْتَقَ عَنْهُ خَمْسِينَ وَبَقِيَتْ عَلَيْهِ خَمْسُونَ رَقَبَةً أَفَأُعْتِقُ عَنْهُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّهُ لَوْ كَانَ مُسْلِمًا فَأَعْتَقْتُمْ عَنْهُ أَوْ تَصَدَّقْتُمْ عَنْهُ أَوْ حَجَجْتُمْ عَنْهُ بَلَغَهُ ذَلِكَ».

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, əl-As ibn Vail ölümündən sonra yüz kölə azad edilməsini vəsiyyət etmişdi. Oğlu Hişam əlli kölə azad etdi. Qalan əlli köləni də digər oğlu Amr azad etmək istədi və dedi: “Mən bu haqda Allah Elçisindən ﷺ soruşacağam”. O, Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Atam öz adından yüz kölə azad edilməsini vəsiyyət etmişdi. (Qardaşım) Hişam əlli kölə azad etdi. İndi atamın üzərində borc olaraq əlli kölə qaldı. Bunu onun üçün azad edə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Əgər o, müsəlman olsaydı, onun adından kölə azad etsəydiniz, yaxud sədəqə versəydiniz, ya da həcc etsəydiniz, bu, ona çatardı”.”

Amr ibn Şueyb atasından və babasından
Həsən

Qeyd

Əbu Davud, 2883, 2885. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 3077.

İstinad

Fəzilətli əməllər, 979 (Kitab 18, 20)

Fəzilətli əməllər — Ölüm