Son əməlin yaxşı əməl olması
عَنْ حُذَيْفَةَ قَالَ أَسْنَدْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى صَدْرِى فَقَالَ «مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ». قَالَ حَسَنٌ «ابْتِغَاءَ وَجْهِ اللَّهِ خُتِمَ لَهُ بِهَا دَخَلَ الْجَنَّةَ وَمَنْ صَامَ يَوْماً ابْتِغَاءَ وَجْهِ اللَّهِ خُتِمَ لَهُ بِهَا دَخَلَ الْجَنَّةَ وَمَنْ تَصَدَّقَ بِصَدَقَةٍ ابْتِغَاءَ وَجْهِ اللَّهِ خُتمَ لَهُ بِهَا دَخَلَ الْجَنَّةَ».
“Huzeyfə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allahın rizası üçün “lə iləhə illəllah” deyər və həyatı onunla sona çatarsa, Cənnətə girər. Kim Allah rizası üçün oruc tutar və həyatı onunla sona çatarsa, Cənnətə girər. Kim Allah rizası üçün bir sədəqə verər və həyatı onunla sona çatarsa, Cənnətə girər”.”
Qeyd
Əhməd, 23372, 24028. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 985.
İstinad
Fəzilətli əməllər, 978 (Kitab 18, 19)
Fəzilətli əməllər — Ölüm