Meyiti yuyan, kəfənləyən və qəbrini qazanın fəziləti
عَنْ أَبِي رَافِعٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ غَسَّلَ مَيِّتاً فَكَتَمَ عَلَيْهِ غُفِرَ لَهُ أَرْبَعيْنَ مَرَّهً، )مَنْ غَسَّلَ مَيِّتًا، فَسَتَرَهُ سَتَرَهُ اللَّهُ مِنَ الذُّنُوبِ ( وَمَنْ كَفَّنَ مَيِّتاً كَسَاهُ اللهُ مِنْ سُنْدسِ وَإِسْتَبْرَقِ الْجَنَّة، وَمَنْ حَفَرَ لِمَيِّتٍ قَبْراً فَأَجَنَّهُ فِيهِ، أُجْرِى لَهُ مِنَ الأَجْرِ كَأَجْرِ مَسْكَنٍ أَسْكَنَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ».
“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir meyitə qüsl verib onun (eyiblərini) gizli saxlayarsa, qırx dəfə bağışlanar. (Digər rəvayətdə deyilir: “Allah onun günahlarını gizlədər”). Kim bir meyiti kəfənləyərsə, Allah Cənnətdə onun əyninə taftadan və atlazdan paltar geyindirər. Kim bir meyit üçün qəbir qazıb onu dəfn edərsə, Qiyamət gününədək onu məskun etdiyi yerə görə ona savab yazılar”.”
Qeyd
əl-Hakim, 1307. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2492.
İstinad
Fəzilətli əməllər, 977 (Kitab 18, 18)
Fəzilətli əməllər — Ölüm