Ailə, mal-dövlət və əməl
عَن أبي هُرَيرة أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: مثل ابن آدم وماله وأهله وعمله كرجل كان له ثلاثة إخوة، أو ثلاثة أصحاب فقال: أحدهم: أنا معك حياتك فإذا مت فلست منك ولست مني، وَقال الآخر: أنا معك فإذا بلغت تلك الشجرة فلست منك ولست مني، وَقال الآخر: أنا معك حيا وميتا.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Adəm oğlunun malının, ailəsinin və əməlinin məsəli üç qardaşı və ya üç dostu olan kişinin məsəli kimidir. Onlardan biri (malı) deyir: “Sağlığında mən səninləyəm. Sən öldükdə isə nə mən səninlə, nə də sən mənimləsən”. O biri (ailəsi) deyir: “Mən səninləyəm. Sən o ağaca çatdıqda, nə mən səninlə, nə də sən mənimləsən”. Digəri isə (əməli) belə deyir: “Sən diri ikən də, ölü ikən də mən səninləyəm”.”
Qeyd
əl-Bəzzər, 8356. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3232.
İstinad
Fəzilətli əməllər, 976 (Kitab 18, 17)
Fəzilətli əməllər — Ölüm