Ölüm

Meyitin qəbirdəki halı

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ الْمَيِّتَ إِذَا وُضِعَ فِي قَبْرِهِ إِنَّهُ يَسْمَعُ خَفْقَ نِعَالِهِمْ حِينَ يُوَلُّونَ عَنْهُ، فَإِنْ كَانَ مُؤْمِنًا، كَانَتِ الصَّلاَةُ عِنْدَ رَأْسِهِ، وَكَانَ الصِّيَامُ عَنْ يَمِينِهِ، وَكَانَتِ الزَّكَاةُ عَنْ شِمَالِهِ، وَكَانَ فِعْلُ الْخَيْرَاتِ مِنَ الصَّدَقَةِ وَالصِّلَةِ وَالْمَعْرُوفِ وَالْإِحْسَانِ إِلَى النَّاسِ عِنْدَ رِجْلَيْهِ. فَيُؤْتَى مِنْ قِبَلِ رَأْسِهِ، فَتَقُولُ الصَّلاَةُ: مَا قِبَلِي مَدْخَلٌ، ثُمَّ يُؤْتَى عَنْ يَمِينِهِ، فَيَقُولُ الصِّيَامُ: مَا قِبَلِي مَدْخَلٌ، ثُمَّ يُؤْتَى عَنْ يَسَارِهِ، فَتَقُولُ الزَّكَاةُ: مَا قِبَلِي مَدْخَلٌ، ثُمَّ يُؤْتَى مِنْ قِبَلِ رِجْلَيْهِ، فَتَقُولُ فَعَلُ الْخَيْرَاتِ مِنَ الصَّدَقَةِ وَالصِّلَةِ وَالْمَعْرُوفِ وَالْإِحْسَانِ إِلَى النَّاسِ: مَا قِبَلِي مَدْخَلٌ، فَيُقَالُ لَهُ: اجْلِسْ فَيَجْلِسُ، وَقَدْ مُثِّلَتْ لَهُ الشَّمْسُ وَقَدْ أُدْنِيَتْ لِلْغُرُوبِ، فَيُقَالُ لَهُ: أَرَأَيْتَكَ هَذَا الرَّجُلَ الَّذِي كَانَ فِيكُمْ مَا تَقُولُ فِيهِ، وَمَاذَا تَشَهَّدُ بِهِ عَلَيْهِ؟ فَيَقُولُ: دَعُونِي حَتَّى أُصَلِّيَ، فَيَقُولُونَ: إِنَّكَ سَتَفْعَلُ، أَخْبَرَنِي عَمَّا نَسْأَلُكُ عَنْهُ، أَرَأَيْتَكَ هَذَا الرَّجُلَ الَّذِي كَانَ فِيكُمْ مَا تَقُولُ فِيهِ، وَمَاذَا تَشَهَّدُ عَلَيْهِ؟ قَالَ: فَيَقُولُ: مُحَمَّدٌ أَشْهَدُ أَنَّهُ رَسُولُ اللَّهِ، وَأَنَّهُ جَاءَ بِالْحَقِّ مِنْ عِنْدِ اللَّهِ، فَيُقَالُ لَهُ: عَلَى ذَلِكَ حَيِيتَ وَعَلَى ذَلِكَ مِتَّ، وَعَلَى ذَلِكَ تُبْعَثُ إِنْ شَاءَ اللَّهُ، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ الْجَنَّةِ، فَيُقَالُ لَهُ: هَذَا مَقْعَدُكَ مِنْهَا، وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهَا، فَيَزْدَادُ غِبْطَةً وَسُرُورًا، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ النَّارِ، فَيُقَالُ لَهُ: هَذَا مَقْعَدُكَ مِنْهَا وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهَا لَوْ عَصَيْتَهُ، فَيَزْدَادُ غِبْطَةً وَسُرُورًا، ثُمَّ يُفْسَحُ لَهُ فِي قَبْرِهِ سَبْعُونَ ذِرَاعًا، وَيُنَوَّرُ لَهُ فِيهِ، وَيُعَادُ الْجَسَدُ لِمَا بَدَأَ مِنْهُ، فَتَجْعَلُ نَسْمَتُهُ فِي النَّسَمِ الطِّيِّبِ وَهِيَ طَيْرٌ يَعْلُقُ فِي شَجَرِ الْجَنَّةِ، قَالَ: فَذَلِكَ قَوْلُهُ تَعَالَى }يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ{ إِلَى آخِرِ الْآيَةِ قَالَ: وَإِنَّ الْكَافِرَ إِذَا أُتِيَ مِنْ قِبَلِ رَأْسِهِ، لَمْ يُوجَدْ شَيْءٌ، ثُمَّ أُتِيَ عَنْ يَمِينِهِ، فَلاَ يُوجَدُ شَيْءٌ، ثُمَّ أُتِيَ عَنْ شِمَالِهِ، فَلاَ يُوجَدُ شَيْءٌ، ثُمَّ أُتِيَ مِنْ قِبَلِ رِجْلَيْهِ، فَلاَ يُوجَدُ شَيْءٌ، فَيُقَالُ لَهُ: اجْلِسْ، فَيَجْلِسُ خَائِفًا مَرْعُوبًا، فَيُقَالُ لَهُ: أَرَأَيْتَكَ هَذَا الرَّجُلَ الَّذِي كَانَ فِيكُمْ مَاذَا تَقُولُ فِيهِ؟ وَمَاذَا تَشَهَّدُ بِهِ عَلَيْهِ؟ فَيَقُولُ: أَيُّ رَجُلٍ؟ فَيُقَالُ: الَّذِي كَانَ فِيكُمْ، فَلاَ يَهْتَدِي لِاسْمِهِ حَتَّى يُقَالَ لَهُ: مُحَمَّدٌ، فَيَقُولُ: مَا أَدْرِي، سَمِعْتُ النَّاسَ قَالُوا قَوْلًا، فَقُلْتُ كَمَا قَالَ النَّاسُ، فَيُقَالُ لَهُ: عَلَى ذَلِكَ حَيِيتَ، وَعَلَى ذَلِكَ مِتَّ، وَعَلَى ذَلِكَ تُبْعَثُ إِنْ شَاءَ اللَّهُ، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ النَّارِ، فَيُقَالُ لَهُ: هَذَا مَقْعَدُكَ مِنَ النَّارِ، وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهَا، فَيَزْدَادُ حَسْرَةً وَثُبُورًا، ثُمَّ يُفْتَحُ لَهُ بَابٌ مِنْ أَبْوَابِ الْجَنَّةِ، فَيُقَالُ لَهُ: ذَلِكَ مَقْعَدُكَ مِنَ الْجَنَّةِ، وَمَا أَعَدَّ اللَّهُ لَكَ فِيهِ لَوْ أَطَعْتَهُ فَيَزْدَادُ حَسْرَةً وَثُبُورًا، ثُمَّ يُضَيَّقُ عَلَيْهِ قَبْرُهُ حَتَّى تَخْتَلِفَ فِيهِ أَضْلاَعُهُ، فَتِلْكَ الْمَعِيشَةُ الضَّنْكَةُ الَّتِي قَالَ اللَّهُ: }فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى{ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Həqiqətən, meyit qəbrə qoyulduqda insanlar dönüb getdikləri zaman onların ayaqlarının səslərini eşidir. Əgər o, mömin olubsa, başının üstündə namaz, sağ tərəfində oruc, sol tərəfində zəkat, ayaqları tərəfində isə sədəqə, qohumluq əlaqələri, yaxşı işlər və insanlara edilən yaxşılıqlar kimi əməlləri olacaq. Baş tərəfindən əzab yaxınlaşdıqda namaz deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra sağından əzab yaxınlaşdıqda oruc deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra solundan əzab yaxınlaşdıqda zəkat deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra ayaqları tərəfdən əzab yaxınlaşdıqda sədəqə, qohumluq əlaqələrini möhkəmlətmək və insanlara xeyirxahlıq etmək kimi yaxşı əməllər deyir: “Mən tərəfdən yol yoxdur”. Ona: “Otur”- deyiləcək, o da oturacaq. Ona günəşin batması göstəriləcək və deyiləcək: “Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?” O deyəcək: “Buraxın namazımı qılım”. Onlar deyəcəklər: “Sən edəcəksən, səndən soruşduğumuzu mənə xəbər ver. Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?” O deyəcək: “O Muhəmməddir, mən şahidlik edirəm ki, o, Allahın Elçisidir. O, Allahın dərgahından haqq ilə gəlmişdir”. Ona deyiləcək: “Sən bunun üzərində yaşadın, bunun üzərində də öldün və Allahın izni ilə bunun üzərində də diriləcəksən“. Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: “Bu sənin Cənnətdəki yerindir və Allahın sənin üçün orada hazırladıqlarıdır”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: “Əgər sən asi olsaydın, bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqları olardı”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun qəbri yetmiş dirsək genişlənəcək və nurlanacaq. Onun cəsədi əvvəlki halına qaytarılacaq və ruhu Cənnət ağacından asılan quşun daxilinə qoyulacaq. Bu haqda Uca Allahın ayəsində deyilir: “Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları azdırar. Allah istədiyini edər” (İbrahim, 27). Həqiqətən, kafirə baş tərəfindən əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra sağından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra solundan əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra ayaqlarından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Ona: “Otur”- deyiləcək, o da qorxu içində oturacaq. Ona deyiləcək: “Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?“ O deyəcək: “Hansı kişi?” Ona deyiləcək: “Aranızda olan kişi”. O, bu adı söyləməyə hidayət olunmadıqda, nəhayət, ona deyiləcək: “O, Muhəmməddir!” O deyəcək: “Bilmirəm, insanların nə isə dediyini eşitdim, mən də insanların söylədikləri kimi söyləyirəm”. Ona deyiləcək: “Sən bunun üzərində yaşadın, bunun üzərində öldün və Allahın izni ilə bunun üzərində də diriləcəksən”. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: “Bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqlarıdır”. Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: “Əgər sən itaət etsəydin, bu sənin Cənnətdəki yerin və Allahın sənin üçün orada hazırladıqları (nemətlər) olardı”. Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun qəbri o qədər daralacaq ki, qabırğaları bir-birinə keçəcək. Bu, Allahın ayəsində buyurduğu sıxıntılı güzərandır: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (Taha, 124)”.”

Əbu Hureyra
Həsən

Qeyd

İbn Hibban, 3113. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3561.

İstinad

Fəzilətli əməllər, 975 (Kitab 18, 16)

Fəzilətli əməllər — Ölüm