Ölüm

Müsəlman öldükdən sonra da ona savab yazıla bilər

عَنْ سَلْمَانَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَرْبَعٌ مِنْ عَمَلِ الأَحْيَاءِ يَجْرِي لِلأَمْوَاتِ: رَجُلٌ تَرَكَ عَقِبًا صَالِحًا فيدعو، فيبلغه دُعَاؤُهُمْ. وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ جَارِيَةٍ، لَهُ مِنْ بَعْدِهِ أَجْرُهَا مَا جَرَتْ وَرَجُلٌ عَلَّمَ عِلْمًا يُعمَلُ بِهِ مِنْ بَعْدِهِ، فله مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهِ؛ مِنْ غَيْرِ أَنْ ينتقص مِنْ [أَجْرِ] عمله شيئاً. وَرَجُلٌ مُرَابِط يُنمَى له عمله إلى يَوْم الحِْسَاب

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sağ olanların etdiyi dörd əməl var ki, bu əməllərin savabı ölənlərə də yazılır; arxasınca ona dua edən əməlisaleh övlad qoyub gedən şəxsə övladın duası yetişir. Özündən sonra ardı-arası kəsilməyən sədəqə qoyub gedənə, ondan istifadə edildiyi müddətdə savab yazılır. Elm öyrədənə onunla (həmin elmlə) əməl edildiyi müddətdə, əməl edənlərin savablarından azalmamaq şərti ilə savab yazılır. Sərhəddə keşik çəkən kişiyə Haqq-hesab gününədək əməli artırılaraq savab yazılır”.”

Salman
Həsən

Qeyd

İbn Əbud-Dunya “əl-İyal” 2/431, 613; ət-Tabərani “Mucəmul-Kəbir” 6058, 6181. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 3984.

İstinad

Fəzilətli əməllər, 980 (Kitab 18, 21)

Fəzilətli əməllər — Ölüm