Ölüm

Övladı ölən buna səbir edərsə...

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ مَاتَ لَهُ ثَلاَثَةٌ مِنَ الْوَلَدِ فَاحْتَسَبَهُمْ دَخَلَ الْجَنَّةَ»، قُلْنَا: يَا رَسُولَ اللَّهِ، وَاثْنَانِ؟ قَالَ: «وَاثْنَانِ»، قُلْتُ لِجَابِرٍ: وَاللَّهِ، أَرَى لَوْ قُلْتُمْ وَاحِدٌ لَقَالَ. قَالَ: وَأَنَا أَظُنُّهُ وَاللَّهِ.

“Mahmud ibn Ləbid ﵀ rəvayət edir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kimin üç uşağı vəfat etsə və o, bu itkiyə səbir edib savabını Allahdan umarsa, Cənnətə daxil olar.” Biz dedik: “Ey Allahın Elçisi, bəs ikisi necə?” O, dedi: “İkisi olsa da!” (Mahmud ibn Ləbid dedi:) “Mən Cabirə dedim: “Vallahi, güman edirəm ki, əgər siz birini desəydiniz, ona da (“bəli”) deyərdi”. Cabir dedi: “Vallahi ki, mən də belə güman edirəm”.”

Mahmud ibn Ləbid
Həsən

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 146. Hədis həsəndir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 109.

İstinad

Fəzilətli əməllər, 964 (Kitab 18, 5)

Fəzilətli əməllər — Ölüm