Ölüm ayağında möminin qəlbində nə olmalıdır?
عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَى شَابٍّ وَهُوَ فِى الْمَوْتِ فَقَالَ «كَيْفَ تَجِدُكَ». قَالَ وَاللَّهِ يَا رَسُولَ اللَّهِ إِنِّى أَرْجُو اللَّهَ وَإِنِّى أَخَافُ ذُنُوبِى. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لاَ يَجْتَمِعَانِ فِى قَلْبِ عَبْدٍ فِى مِثْلِ هَذَا الْمَوْطِنِ إِلاَّ أَعْطَاهُ اللَّهُ مَا يَرْجُو وَآمَنَهُ مِمَّا يَخَافُ».
“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: “Özünü necə hiss edirsən?” Gənc dedi: “Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahlarımdan qorxuram”. Allah Elçisi ﷺ belə buyurdu: “Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona ümid etdiyini verər və qorxduğundan da əmin edər”.”
Qeyd
ət-Tirmizi, 983, 999. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1612.
İstinad
Fəzilətli əməllər, 963 (Kitab 18, 4)
Fəzilətli əməllər — Ölüm