Övladı ölən buna səbir edərsə...
حَدَّثَتْنِي أُمُّ سُلَيْمٍ قَالَتْ: كُنْتُ عِنْدَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «يَا أُمَّ سُلَيْمٍ مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ لَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ، إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ الْجَنَّةَ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمْ»، قُلْتُ: وَاثْنَانِ؟ قَالَ: «وَاثْنَانِ». «...وَمَا مِنْ رَجُلٍ أَعْتَقَ مُسْلِمًا إِلاَّ جَعَلَ اللَّهُ عَزَّ وَجَلَّ كُلَّ عُضْوٍ مِنْهُ، فِكَاكَهُ لِكُلِّ عُضْوٍ مِنْهُ».
“Rəvayət edilir ki, Ummu Suleym ﵂ demişdir: “Bir gün mən Peyğəmbərin ﷺ yanında ikən o, dedi: “Ey Ummu Suleym, üç uşağı vəfat etmiş elə müsəlman cütlük yoxdur ki, Allah onları uşaqlara olan mərhəmətinin lütfü sayəsində Cənnətə daxil etməsin”. Mən dedim: “Bəs ikisi necə?” O, dedi: “İkisi olsa da!” Digər rəvayətdə deyilir: “...Eləcə də, müsəlmanı köləlikdən azad edən elə bir adam yoxdur ki, Allah ﷿ o kölənin hər bir əzasının müqabilində onun bir əzasını (Cəhənnəm əzabından) xilas etməsin”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 150. Hədis səhihdir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 109.
İstinad
Fəzilətli əməllər, 965 (Kitab 18, 6)
Fəzilətli əməllər — Ölüm