Ölüm

Övladı ölən buna səbir edərsə...

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمُ الْجَنَّةَ». قَالَ «يُقَالُ لَهُمُ ادْخُلُوا الْجَنَّةَ فَيَقُولُونَ حَتَّى يَدْخُلَ آبَاؤُنَا فَيُقَالُ ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَآبَاؤُكُمْ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olmayınca (biz girmərik)”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!””

Əbu Hureyra
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 1853, 1876, 1887. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1991.

İstinad

Fəzilətli əməllər, 966 (Kitab 18, 7)

Fəzilətli əməllər — Ölüm