Övladı ölən buna səbir edərsə...
عَنْ قُرَّةَ بن إيَاس إِنَّ رَجُلاً كَانَ يَأْتِى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَهُ ابْنٌ لَهُ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَتُحِبُّهُ». فَقَالَ يَا رَسُولَ اللَّهِ أَحَبَّكَ اللَّهُ كَمَا أُحِبُّهُ. فَفَقَدَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ «مَا فَعَلَ ابْنُ فُلاَنٍ». قَالُوا يَا رَسُولَ اللَّهِ مَاتَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأَبِيهِ «أَمَا تُحِبُّ أَنْ لاَ تَأْتِىَ بَاباً مِنْ أَبْوَابِ الْجَنَّةِ إِلاَ وَجَدْتَهُ يَنْتَظِرُكَ». فَقَالَ الرَّجُلُ يَا رَسُولَ اللَّهِ أَلَهُ خَاصَّةً أَوْ لِكُلِّنا قَالَ «بَلْ لِكُلِّكُمْ».
“Qurra ibn İyəs ﵁ rəvayət edir ki, bir kişi oğlu ilə birlikdə Peyğəmbərin ﷺ yanına gəlirdi. Peyğəmbər ﷺ dedi: “Sən onu sevirsən?” O dedi: “Bəli, ey Allahın Elçisi, mən onu sevdiyim kimi Allah da səni sevsin”. Peyğəmbər ﷺ onu bir müddət görmədikdə dedi: “Filankəsin oğlu necədir?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, o öldü”. Peyğəmbər ﷺ onun atasına dedi: “Məgər sən Cənnətin qapılarından istədiyinə gəldikdə, onun orada səni gözlədiyini görmək istəməzsənmi?” O kişi dedi: “Ey Allahın Elçisi, bu, yalnız ona aiddir, yoxsa hamımıza?” Peyğəmbər ﷺ dedi: “Əksinə, hamınıza”.”
Qeyd
Əhməd, 20365, 20381. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2007.
İstinad
Fəzilətli əməllər, 967 (Kitab 18, 8)
Fəzilətli əməllər — Ölüm