Övladı ölən buna səbir edərsə...
عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا مَاتَ وَلَدُ الْعَبْدِ قَالَ اللَّهُ لِمَلاَئِكَتِهِ قَبَضْتُمْ وَلَدَ عَبْدِى. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ قَبَضْتُمْ ثَمَرَةَ فُؤَادِهِ. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ مَاذَا قَالَ عَبْدِى فَيَقُولُونَ حَمِدَكَ وَاسْتَرْجَعَ. فَيَقُولُ اللَّهُ ابْنُوا لِعَبْدِى بَيْتًا فِى الْجَنَّةِ وَسَمُّوهُ بَيْتَ الْحَمْدِ»
“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir bəndənin uşağı öldükdə Allah mələklərindən soruşur: “Qulumun uşağını aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Allah soruşur: “Qulumun ürəyinin meyvəsini aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Sonra Allah buyurur: “Qulum nə dedi?” Onlar deyirlər: “Sənə həmd və istirca etdi”. Allah buyurur: “Quluma Cənnətdə bir ev tikin və adını “Həmd evi” qoyun!””
Qeyd
ət-Tirmizi, 1021, 1037. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1408.
İstinad
Fəzilətli əməllər, 968 (Kitab 18, 9)
Fəzilətli əməllər — Ölüm