Cənazədə iştirak etməyin fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنِ اتَّبَعَ جَنَازَةَ مُسْلِمٍ إِيمَانًا وَاحْتِسَابًا، وَكَانَ مَعَهُ حَتَّى يُصَلَّى عَلَيْهَا، وَيَفْرُغَ مِنْ دَفْنِهَا ، فَإِنَّهُ يَرْجِعُ مِنَ الأَجْرِ بِقِيرَاطَيْنِ، كُلُّ قِيرَاطٍ مِثْلُ أُحُدٍ، وَمَنْ صَلَّى عَلَيْهَا ثُمَّ رَجَعَ قَبْلَ أَنْ تُدْفَنَ فَإِنَّهُ يَرْجِعُ بِقِيرَاطٍ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim imanla, mükafatını (yalnız Allahdan) umaraq cənazənin ardınca getsə, namazını qılıb dəfn edilənədək yanında qalsa, iki qirat savabla geri qayıdar ki, qiratların hər biri Uhud dağı boyda olar. Kim cənazə namazı qılıb dəfn edilməmişdən əvvəl geri qayıtsa, bir qiratla geri qayıtmış olar”.”
Qeyd
əl-Buxari, 47; Muslim, 1570, 2186.
İstinad
Fəzilətli əməllər, 986 (Kitab 18, 27)
Fəzilətli əməllər — Ölüm