Ölən müsəlman üçün edilən şahidlik
عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّمَا مُسْلِمٍ شَهِدَ لَهُ أَرْبَعَةٌ بِخَيْرٍ أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ». فَقُلْنَا: وَثَلاَثَةٌ، قَالَ: «وَثَلاَثَةٌ». فَقُلْنَا: وَاثْنَانِ قَالَ: «وَاثْنَانِ». ثُمَّ لَمْ نَسْأَلْهُ عَنِ الْوَاحِدِ.
“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Hansı bir müsəlmanın yaxşı əməl sahibi olduğuna dörd nəfər (müsəlman) şahidlik etsə, Allah onu Cənnətə daxil edər. Biz: “Bəs üç nəfər (olsa)?”– deyə soruşduq. O: “Üç nəfər də (olsa)”- deyə cavab verdi. Biz: “Bəs iki nəfər (olsa)?”- deyə soruşduq. O: “İki nəfər də (olsa)”- deyə cavab verdi. Bundan sonra biz artıq bir nəfər haqqında soruşmadıq”.”
Qeyd
əl-Buxari, 1279, 1368.
İstinad
Fəzilətli əməllər, 990 (Kitab 18, 31)
Fəzilətli əməllər — Ölüm