Ölüm

Qəbir ziyarəti ölümü xatırladır

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: كُنْتُ نَهَيْتُكُمْ عَنِ زِيَارَةِ الْقُبُورِ أَلاَ فَزُورُوهَا فَإِنَّهَا تُرِقُّ الْقَلْب وَتُدْمِعُ الْعَيْنَ وَتُذَكِّرُ الآخِرَةَ وَلاَ تَقُولُوا هُجْراً

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin! Həqiqətən də, qəbirləri ziyarət etmək qəlbi yumşaldır, göz yaşı axıdır və Axirəti xatırladır. Orada pis söz söyləməyin!””

Ənəs ibn Malik
Səhih

Qeyd

əl-Hakim, 1393. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4584.

İstinad

Fəzilətli əməllər, 991 (Kitab 18, 32)

Fəzilətli əməllər — Ölüm