Ölüm

Müsəlman öldükdən sonra da ona savab yazıla bilər

عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: سَبْعٌ يَجْرِي لِلْعَبْدِ أَجْرَهُنَّ وَهُوَ في قَبْرِهِ بَعْدَ مَوْتِهِ مَنْ عَلَّمَ عِلْماً أَوْ أَجْرَى نَهْراً أوْ حَفَرَ بِئْراً أوْ غَرَسَ نَخْلاً أَوْ بَنَى مَسْجِداً أَوْ وَرَّثَ مُصْحَفاً أَوْ تَرَكَ وَلَداً يَسْتَغْفِرُ لَهُ بَعْدَ مَوْتِهِ

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qulun yeddi əməli var ki, ölümündən sonra qəbirdə ikən ona yazılmağa davam edir; elm öyrədən, su kanalı çəkdirən, quyu qazan, xurma ağacı əkən, məscid tikdirən, Quran miras qoyan və ölümündən sonra onun üçün istiğfar edən bir övlad qoyub gedən”.”

Ənəs
Səhih

Qeyd

əl-Bəzzər, 7289. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2600.

İstinad

Fəzilətli əməllər, 982 (Kitab 18, 23)

Fəzilətli əməllər — Ölüm