Ölüm

Övladı ölən buna səbir edərsə...

عَنْ خَالِدٍ الْعَبْسِيِّ قَالَ: مَاتَ ابْنٌ لِي، فَوَجَدْتُ عَلَيْهِ وَجَدَا شَدِيدًا، فَقُلْتُ: يَا أَبَا هُرَيْرَةَ، مَا سَمِعْتَ مِنَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا تُسَخِّي بِهِ أَنْفُسَنَا عَنْ مَوْتَانَا؟ قَالَ: سَمِعْتُ مِنَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «صِغَارُكُمْ دَعَامِيصُ الْجَنَّةِ».

“Rəvayət edilir ki, Xalid əl-Absi ﵀ demişdir: “Mənim övladım öldükdə mən buna çox kədərləndim. (Sonra Əbu Hureyranın yanına gəlib) dedim: “Ey Əbu Hureyra, Peyğəmbərdən ﷺ ölülərimizə dair elə bir şey eşitmisənmi ki, onunla bizə təskinlik verəsən?” O dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Uşaqlarınız Cənnətin bataqlıq cücüləridirlər”.”

Xalid əl-Absi
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 145. Hədis səhihdir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 108.

İstinad

Fəzilətli əməllər, 973 (Kitab 18, 14)

Fəzilətli əməllər — Ölüm