Muhəmməd ﷺ ümmətinin digər ümmətlərdən üstünlüyü
عَنْ عَبْدِ اللَّهِ ابْنِ عُمَر أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّمَا بَقَاؤُكُمْ فِيمَا سَلَفَ قَبْلَكُمْ مِنَ الأُمَمِ كَمَا بَيْنَ صَلاَةِ الْعَصْرِ إِلَى غُرُوبِ الشَّمْسِ، أُوتِىَ أَهْلُ التَّوْرَاةِ التَّوْرَاةَ فَعَمِلُوا حَتَّى إِذَا انْتَصَفَ النَّهَارُ عَجَزُوا، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا، ثُمَّ أُوتِىَ أَهْلُ الإِنْجِيلِ الإِنْجِيلَ فَعَمِلُوا إِلَى صَلاَةِ الْعَصْرِ، ثُمَّ عَجَزُوا، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا، ثُمَّ أُوتِينَا الْقُرْآنَ فَعَمِلْنَا إِلَى غُرُوبِ الشَّمْسِ، فَأُعْطِينَا قِيرَاطَيْنِ قِيرَاطَيْنِ، فَقَالَ أَهْلُ الْكِتَابَيْنِ أَىْ رَبَّنَا أَعْطَيْتَ هَؤُلاَءِ قِيرَاطَيْنِ قِيرَاطَيْنِ، وَأَعْطَيْتَنَا قِيرَاطًا قِيرَاطًا، وَنَحْنُ كُنَّا أَكْثَرَ عَمَلاً، قَالَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ ظَلَمْتُكُمْ مِنْ أَجْرِكُمْ مِنْ شَىْءٍ قَالُوا لاَ، قَالَ فَهْوَ فَضْلِى أُوتِيهِ مَنْ أَشَاءُ»
“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət əsr namazından gün batana qədər olan vaxt kimidir. Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Nəhayət, günortaya yetişdikdə yorulub əldən düşdülər və buna görə də onlara bir qirat (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar əsr namazınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düşdülər, buna görə də onlara bir qirat (mükafat) verildi. Daha sonra bizə Quran verildi və biz gün batanadək (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda, hər iki Kitab əhli deyəcək: “Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin. Halbuki biz onlardan daha çox əməl etmişik”. Allah ﷿ buyuracaq: “Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?” Onlar: “Xeyr!”- deyə cavab verəcəklər. Onda Allah buyuracaq: “Bu, Mənim lütfümdür, onu istədiyimə verirəm”.”
Qeyd
əl-Buxari, 532, 557, 2268, 2269.
İstinad
Fəzilətli əməllər, 994 (Kitab 19, 3)
Fəzilətli əməllər — İslam Ümməti