Kitab 19

İslam Ümməti

18

hədis

Fəsil 1

Allahın bu ümmətə olan lütfü

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ وَضَعَ عَنْ أُمَّتِى الْخَطَأَ وَالنِّسْيَانَ وَمَا اسْتُكْرِهُوا عَلَيْهِ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 992 (Kitab 19, 1)

Qeyd

İbn Macə, 2045, 2123. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 6284.

Fəsil 2

“...Səni məyus etməyəcəyik!”- hədisi

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاص أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَلاَ قَوْلَ اللَّهِ عَزَّ وَجَلَّ فِى إِبْرَاهِيمَ }رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى{ الآيَةَ. وَقَالَ عِيسَى عَلَيْهِ السَّلامُ }إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ{ فَرَفَعَ يَدَيْهِ وَقَالَ «اللَّهُمَّ أُمَّتِى أُمَّتِى». وَبَكَى فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ «يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ»

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Allahın ﷿ İbrahim haqqında: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir” (İbrahim, 36) və İsa ﵇ haqqında: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 118) - ayələrini oxuyarkən əllərini (göyə) qaldırdı və: “Allahım! Ümmətim, ümmətim!”- deyərək ağladı. Allah ﷿ buyurdu: “Ey Cəbrail! - Rəbbin daha yaxşı bildiyi halda - Muhəmmədin yanına get və ondan soruş: “Səni ağladan nədir?” Cəbrail ﵇ da onun yanına gəlib soruşdu. Allah Elçisi ﷺ də söylədiklərini - Allahın daha yaxşı bildiyi halda - ona xəbər verdi. Allah buyurdu: “Ey Cəbrail! Muhəmmədin yanına get və de: “Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 993 (Kitab 19, 2)

Qeyd

Muslim, 301, 499, 520.

Fəsil 3

Muhəmməd ﷺ ümmətinin digər ümmətlərdən üstünlüyü

عَنْ عَبْدِ اللَّهِ ابْنِ عُمَر أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّمَا بَقَاؤُكُمْ فِيمَا سَلَفَ قَبْلَكُمْ مِنَ الأُمَمِ كَمَا بَيْنَ صَلاَةِ الْعَصْرِ إِلَى غُرُوبِ الشَّمْسِ، أُوتِىَ أَهْلُ التَّوْرَاةِ التَّوْرَاةَ فَعَمِلُوا حَتَّى إِذَا انْتَصَفَ النَّهَارُ عَجَزُوا، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا، ثُمَّ أُوتِىَ أَهْلُ الإِنْجِيلِ الإِنْجِيلَ فَعَمِلُوا إِلَى صَلاَةِ الْعَصْرِ، ثُمَّ عَجَزُوا، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا، ثُمَّ أُوتِينَا الْقُرْآنَ فَعَمِلْنَا إِلَى غُرُوبِ الشَّمْسِ، فَأُعْطِينَا قِيرَاطَيْنِ قِيرَاطَيْنِ، فَقَالَ أَهْلُ الْكِتَابَيْنِ أَىْ رَبَّنَا أَعْطَيْتَ هَؤُلاَءِ قِيرَاطَيْنِ قِيرَاطَيْنِ، وَأَعْطَيْتَنَا قِيرَاطًا قِيرَاطًا، وَنَحْنُ كُنَّا أَكْثَرَ عَمَلاً، قَالَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ ظَلَمْتُكُمْ مِنْ أَجْرِكُمْ مِنْ شَىْءٍ قَالُوا لاَ، قَالَ فَهْوَ فَضْلِى أُوتِيهِ مَنْ أَشَاءُ»

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət əsr namazından gün batana qədər olan vaxt kimidir. Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Nəhayət, günortaya yetişdikdə yorulub əldən düşdülər və buna görə də onlara bir qirat (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar əsr namazınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düşdülər, buna görə də onlara bir qirat (mükafat) verildi. Daha sonra bizə Quran verildi və biz gün batanadək (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda, hər iki Kitab əhli deyəcək: “Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin. Halbuki biz onlardan daha çox əməl etmişik”. Allah ﷿ buyuracaq: “Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?” Onlar: “Xeyr!”- deyə cavab verəcəklər. Onda Allah buyuracaq: “Bu, Mənim lütfümdür, onu istədiyimə verirəm”.”

Abdullah ibn Ömər
SəhihFəzilətli əməllər, 994 (Kitab 19, 3)

Qeyd

əl-Buxari, 532, 557, 2268, 2269.

سَمِعَ مُعَاذَ بْنَ جَبَلٍ يَقُولُ ارْتَقَبْنَا النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى صَلاَةِ الْعَتَمَةِ فَأَخَّرَ حَتَّى ظَنَّ الظَّانُّ أَنَّهُ لَيْسَ بِخَارِجٍ وَالْقَائِلُ مِنَّا يَقُولُ صَلَّى فَإِنَّا لَكَذَلِكَ حَتَّى خَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا لَهُ كَمَا قَالُوا فَقَالَ لَهُمْ «أَعْتِمُوا بِهَذِهِ الصَّلاَةِ فَإِنَّكُمْ قَدْ فُضِّلْتُمْ بِهَا عَلَى سَائِرِ الأُمَمِ وَلَمْ تُصَلِّهَا أُمَّةٌ قَبْلَكُمْ».

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Bir gün biz İşa namazını qılmaq üçün Peyğəmbəri ﷺ gözləyirdik. O, namaza (o qədər) gecikdi ki, hətta bizdən kimisi onun gəlməyəcəyini zənn etdi, kimisi də: “O, namazı artıq qılmışdır”- dedi. Biz bu halda ikən, nəhayət, Peyğəmbər ﷺ gəldi. Səhabələr dedikləri sözü olduğu kimi ona söylədilər. Peyğəmbər ﷺ buyurdu: “Bu namazı gecikdirin, çünki siz bununla digər ümmətlərdən üstün edildiniz. Sizdən öncə heç bir ümmət onu qılmayıb”.”

Muaz ibn Cəbəl
SəhihFəzilətli əməllər, 995 (Kitab 19, 4)

Qeyd

Əbu Davud, 421. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 612.

عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "بُورِكَ لأُمَّتِي فِي بُكُورِهَا"

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimin (hər) gününün əvvəlinə bərəkət verilmişdir!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 996 (Kitab 19, 5)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 318. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2841.

Fəsil 4

Dini başa düşmək xeyirə aparan yoldur

عَنْ مُعَاوِيَةَ قَالََ: سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِى الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ وَاللَّهُ يُعْطِى، وَلَنْ تَزَالَ هَذِهِ الأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللَّهِ لاَ يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ حَتَّى يَأْتِىَ أَمْرُ اللَّهِ».

“Rəvayət edilir ki, Muaviyə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah kimə xeyir nəsib etmək istəsə, ona dini başa düşməyi müyəssər edər. Mən yalnız paylaşdırıram. Verən isə Allahdır. Bu ümmətin (bir qismi) Allahın əmri gəlincəyə qədər (Qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq və belələrinə müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər”.”

Muaviyə
SəhihFəzilətli əməllər, 997 (Kitab 19, 6)

Qeyd

əl-Buxari, 71.

Fəsil 5

Bildiyinin ondabirinə əməl edən

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " إِنَّكُمُ الْيَوْمَ فِي زَمَانٍ كَثِيرٍ عُلَمَاؤُهُ، قَلِيلٍ خُطَبَاؤُهُ، مَنْ تَرَكَ عُشْرَ مَا يَعْرِفُ فَقَدْ هَوَى، وَيَأتِي مِنْ بَعْدُ زَمَانٌ كَثِيرٌ خُطَبَاؤُهُ، قَلِيلٌ عُلَمَاؤُهُ، مَنِ اسْتَمْسَكَ بِعُشْرِ مَا يَعْرِفُ فَقَدْ نَجَا "

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Siz bu gün alimləri çox, vaizləri az olan bir dövrdə yaşayırsınız. Kim bildiyinin ondan birini tərk edərsə, artıq nəfsinə uymuşdur. Uzun müddətdən sonra vaizləri çox, alimləri isə az olan bir vaxt gələcəkdir. Kim bildiyinin ondabirini qoruyarsa (əməl edərsə), qurtuluşa nail olar”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 998 (Kitab 19, 7)

Qeyd

əl-Həravi “Zəmmul-Kəlam” 97. Hədis səhihdir. Bax: Silsilətu əs-Səhihə, 2510.

Fəsil 6

Ümmətlərin sonuncusu, Cənnətə girənlərin birincisi

عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «نَحْنُ آخِرُ الأُمَمِ، وَأَوَّلُ مَنْ يُحَاسَبُ يقالُ: أَيْنَ الأُمَّةُ الأُميَّةُ وَنَبِيُّهَا، فَنَحْنُ الآخِرُونَ الأَوْلُونَ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biz ümmətlərin ən sonuncusu, haqq-hesab olunanların isə ən birincisiyik. (Qiyamət günü) deyiləcək: “Yazıb-oxuya bilməyən ümmət və onun peyğəmbəri hanı?” Beləliklə, biz ən sonuncu (ümmət və Cənnətə daxil olanlardan) ən birinciyik”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 999 (Kitab 19, 8)

Qeyd

İbn Macə, 4290, 4431. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2374.

عَنْ مُعَاويَة بْن حَيدَة قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «نُكْمِلُ يَوْمَ الْقِيَامَةِ سَبْعِينَ أُمَّةً، نَحْنُ آخِرُهَا وَخَيْرُهَا».... «إِنَّكُمْ وَفَّيتُم سَبْعِينَ أُمَّةً، أَنْتُمْ خَيْرُهاَ وَأَكْرَمُهَا عَلَى اللهِ».

“Rəvayət edilir ki, Muaviyə ibn Heydə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biz Qiyamət günü yetmiş ümməti tamamlayacağıq. Biz (ümmətlərin) ən sonuncusu və ən xeyirlisiyik”. Digər rəvayətdə deyilir: “Siz yetmiş ümməti tamamladınız. Siz (ümmətlərin) ən xeyirlisi və Allah qatında ən hörmətlisiniz”.”

Muaviyə ibn Heydə
HəsənFəzilətli əməllər, 1000 (Kitab 19, 9)

Qeyd

İbn Macə, 4288, 4429. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 6284.

Fəsil 7

Şəfaət üçün saxlanılan dua

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ. فَتَعَجَّلَ كُلُّ نَبِيٍّ دَعْوَتَهُ، وَإِنِّي اخْتَبَأْتُ دَعْوَتِي شَفَاعَةً لأُمَّتِي يَوْمَ الْقِيَامَةِ، فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللَّهُ، مَنْ مَاتَ مِنْ أُمَّتِي لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər peyğəmbərin qəbul edilmiş bir duası var. Onların hər biri (artıq öz duasından) istifadə etmişdir. Mən isə öz duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamışam. Allahın izni ilə bu şəfaətə ümmətimdən Allaha şərik qoşmadığı halda ölən kimsələr nail olacaqlar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1001 (Kitab 19, 10)

Qeyd

Muslim, 296, 491, 512.

Fəsil 8

Cənnət əhlinin əksəriyyəti bu ümmətdəndir

عَنْ بُرَيدَةَ الأَسْلَمِي عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَهْلُ الْجَنَّةِ عِشْرُونَ وَمِئَة صَفّ، ثَمَانُونَ مِنْ هَذِهِ الأُمَّةِ، وَأَرْبَعُونَ مِنْ سَائِرِ الأُمَمِ».

“Bureydə əl-Əsləmi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnət əhli yüz iyirmi cərgədir. Səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdəndir”.”

Bureydə əl-Əsləmi
SəhihFəzilətli əməllər, 1002 (Kitab 19, 11)

Qeyd

İbn Macə, 4289, 4430. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5644.

Fəsil 9

Cənnətə kasıblar varlılardan daha tez girəcəklər

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنِّي لأَرْجُو أَنْ لاَ تَعْجَزَ أُمَّتِي عِنْدَ رَبِّهَا أَنْ يُؤَخِّرَهُمْ نِصْفَ يَوْمٍ». قِيلَ لِسَعْد وَكَمْ نِصفُ ذَلِكَ الْيَوم قَالَ: خَمْسُمِائَة سَنَة.

“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən ümid edirəm ki, ümmətimin (varlıları) Rəbblərinin dərgahında (sorğu-sual olunaraq Cənnətə girməyə) yarım gün gecikdirilmələrinə dözəcəklər”. Səddən soruşdular: “Yarım gün nə qədərdir?” Səd dedi: “Beş yüz ildir”.”

Səd ibn Əbu Vəqqas
SəhihFəzilətli əməllər, 1003 (Kitab 19, 12)

Qeyd

Əbu Davud, 4350, 4352. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5514.

Fəsil 10

“Siz Allahın yer üzündəki şahidlərisiniz!”- hədisi

عَنْ أَنَسِ بْنِ مَالِكٍ يَقُولُ مَرُّوا بِجَنَازَةٍ فَأَثْنَوْا عَلَيْهَا خَيْرًا، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «وَجَبَتْ». ثُمَّ مَرُّوا بِأُخْرَى فَأَثْنَوْا عَلَيْهَا شَرًّا فَقَالَ: «وَجَبَتْ». فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ مَا وَجَبَتْ قَالَ: «هَذَا أَثْنَيْتُمْ عَلَيْهِ خَيْرًا فَوَجَبَتْ لَهُ الْجَنَّةُ، وَهَذَا أَثْنَيْتُمْ عَلَيْهِ شَرًّا فَوَجَبَتْ لَهُ النَّارُ، أَنْتُمْ شُهَدَاءُ اللَّهِ فِى الأَرْضِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə cənazə aparılarkən biz onu xoş sözlə yad edib təriflədik. Peyğəmbər ﷺ: “Vacib oldu!”- deyə buyurdu. Sonra başqa bir cənazə aparılarkən biz onu xoşagəlməz sözlə yad edib pislədik. Peyğəmbər ﷺ yenə: “Vacib oldu!”- deyə buyurdu. Ömər ibn əl-Xattab: “Nə vacib oldu?”- deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Bunu xoş sözlərlə yad etdiniz, Cənnət buna vacib oldu. Onu da xoşagəlməz sözlərlə yad etdiniz, Cəhənnəm ona vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz!””

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 1004 (Kitab 19, 13)

Qeyd

əl-Buxari, 1278, 1367.

Fəsil 11

Yağışın misalı kimi olan ümmət

عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَثَلُ أُمَّتِى مَثَلُ الْمَطَرِ لاَ يُدْرَى أَوَّلُهُ خَيْرٌ أَمْ آخِرُهُ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Ümmətimin misalı yağışın misalı kimidir. Əvvəlinin, yoxsa axırının daha xeyirli olduğu bilinməz”.”

Ənəs
SəhihFəzilətli əməllər, 1005 (Kitab 19, 14)

Qeyd

ət-Tirmizi, 2869, 3109; Əhməd, 11878. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2286.

Fəsil 12

Bütünlüklə Cənnətə düşən ümmət

عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا مِنْ أُمَّةٍ إِلاَّ وَبَعْضُهَا فِي النَّارِ وَبَعْضُهَا فِي الْجَنَّةِ إِلاَّ أُمَّتِي فَإِنَّهَا كُلَّهَا فِي الْجَنَّةِ».

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə bir ümmət yoxdur ki, onun bir qismi Cəhənnəmə, bir qismi də Cənnətə düşməsin. Mənim ümmətim isə bütövlükdə Cənnətə düşəcəkdir”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 1006 (Kitab 19, 15)

Qeyd

Xatib əl-Bağdadi “Tarixu Bağdad” 3/322. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5693.

Fəsil 13

Cənnətə sorğu-sualsız girənlər

عَنْ ابْنُ عَبَّاسٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عُرِضَتْ عَلَيَّ الأُمَمُ فَجَعَلَ النَّبِيُّ وَالنَّبِيَّانِ يَمُرُّونَ مَعَهُمْ الرَّهْطُ وَالنَّبِيُّ لَيْسَ مَعَهُ أَحَدٌ حَتَّى رُفِعَ لِي سَوَادٌ عَظِيمٌ قُلْتُ مَا هَذَا أُمَّتِي هَذِهِ قِيلَ بَلْ هَذَا مُوسَى وَقَوْمُهُ قِيلَ انْظُرْ إِلَى الأُفُقِ فَإِذَا سَوَادٌ يَمْلأُ الأُفُقَ ثُمَّ قِيلَ لِي انْظُرْ هَا هُنَا وَهَا هُنَا فِي آفَاقِ السَّمَاءِ فَإِذَا سَوَادٌ قَدْ مَلأَ الأُفُقَ قِيلَ هَذِهِ أُمَّتُكَ وَيَدْخُلُ الْجَنَّةَ مِنْ هَؤُلاَءِ سَبْعُونَ أَلْفًا بِغَيْرِ حِسَابٍ ثُمَّ دَخَلَ وَلَمْ يُبَيِّنْ لَهُمْ فَأَفَاضَ الْقَوْمُ وَقَالُوا نَحْنُ الَّذِينَ آمَنَّا بِاللَّهِ وَاتَّبَعْنَا رَسُولَهُ فَنَحْنُ هُمْ أَوْ أَوْلاَدُنَا الَّذِينَ وُلِدُوا فِي الإِسْلاَمِ فَإِنَّا وُلِدْنَا فِي الْجَاهِلِيَّةِ فَبَلَغَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ فَقَالَ هُمْ الَّذِينَ لاَ يَسْتَرْقُونَ وَلاَ يَتَطَيَّرُونَ وَلاَ يَكْتَوُونَ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ فَقَالَ عُكَاشَةُ بْنُ مِحْصَنٍ أَمِنْهُمْ أَنَا يَا رَسُولَ اللَّهِ قَالَ نَعَمْ فَقَامَ آخَرُ فَقَالَ أَمِنْهُمْ أَنَا قَالَ سَبَقَكَ بِهَا عُكَّاشَةُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətlər mənə göstərildi. Mən bir və ya iki peyğəmbər gördüm, yanlarında bir neçə adam var idi. Elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. (Həmin vaxt) mənə böyük bir toplum göstərildi. Mən soruşdum: “Bu nədir? Yoxsa bu mənim ümmətimdir?” Mənə: “Bu, Musa və onun qövmüdür” - deyildi. Sonra da: “Üfüqə tərəf bax” - deyə əmr edildi. Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. (Yenə) dedilər: “Üfüqün burasına və burasına bax!” Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. Mənə: “Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sualsız Cənnətə girəcək”- dedilər. (Bunu deyəndən) sonra Peyğəmbər ﷺ kimlərin (sorğu-sualsız Cənnətə girəcəklərinə dair) açıqlama verməyib (evinə) daxil oldu. (Bu səbəbdən) camaatın arasına ixtilaf düşdü və onlar dedilər: “Biz Allaha iman gətirmiş və Onun Elçisinin ﷺ ardınca gedən kimsələrik. (Demək, o yetmiş min nəfər) bizik, yaxud bu, müsəlman olaraq doğulmuş övladlarımıza aiddir, çünki biz cahiliyyə dövründə dünyaya gəlmişik”. Bu söhbət Peyğəmbərə ﷺ yetişdikdə o, bayıra çıxıb dedi: “Bunlar özlərinə ovsun oxunmasını tələb etməyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab etməyən, (müalicə məqsədilə) bədəninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”. Bu vaxt Ukkaşə ibn Mihsən dedi: “Mən onlardanammı, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ: “Bəli” - dedi. Sonra başqa bir adam ayağa qalxıb: “Mən də onlardanammı?”- deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 1007 (Kitab 19, 16)

Qeyd

əl-Buxari, 5270, 5705; Muslim, 220, 323, 549.

عَنْ رِفَاعَةَ الْجُهَنِيِّ قَالَ: صَدَرنَا مَعَ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ! مَا مِنْ عَبْدٍ يُؤْمنُ ثُمَّ يُسَدِّدُ إِلاَّ سُلِكَ بِهِ فِي الْجَنَّةِ وَأَرْجُو أَلاَّ يَدْخُلُوهَا حَتَّى تَبوَّءوا أَنْتُمْ، وَمَنْ صَلَحَ مِنْ ذَرَارِيَكُمْ مَسَاكِنَ فِي الْجَنَّةِ، وَلَقَدْ وَعَدَنِي رَبِّي عَزَّ وَجَلَّ أَنْ يُدْخِلَ الْجَنَّةَ مِنْ أُمَّتِي ، سَبْعُينَ أَلفاً بِغَيرِ حِسَابٍ».

“Rəvayət edilir ki, Rifəa əl-Cuhəni ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə bir səfərdən qayıtdıq. Bu vaxt Allah Elçisi ﷺ buyurdu: “Muhəmmədin canı Əlində Olana and olsun! İman gətirərək doğru yoldan ayrılmayan elə bir bəndə yoxdur ki, Cənnətə daxil edilməsin. Ümid edirəm ki, siz və nəslinizdən əməlisaleh olanlar Cənnətdəki yerlərdə məskunlaşmayınca (bir kimsə Cənnətə) girməyəcək. Rəbbim ﷿ ümmətimdən yetmiş min nəfəri sorğu-sualsız Cənnətə daxil etməyi qəti olaraq mənə vəd etdi”.”

Rifəa əl-Cuhəni
SəhihFəzilətli əməllər, 1008 (Kitab 19, 17)

Qeyd

İbn Macə, 4285, 4426. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2405.

عَنْ أَبِي أُمَامَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: وَعَدَنِي رَبِّي أَنْ يُدْخِلَ الْجَنَّةَ مِنْ أُمَّتِي سَبْعِينَ أَلْفًا بِغَيْرِ حِسَابٍ، وَلاَ عَذَابٍ مَعَ كُلِّ أَلْفٍ سَبْعُونَ أَلْفًا وَثَلاَثَ حَثَيَاتٍ مِنْ حَثَيَاتِ رَبِّي عَزَّ وَجَلَّ .

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Rəbbim mənə ümmətimdən yetmiş min nəfəri Cənnətə sorğu-sualsız və cəzasız daxil edəcəyini vəd etmişdir. Onlardan hər min nəfərlə bərabər yetmiş min nəfər və Rəbbimin üç ovcu qədər (Cənnətə daxil olacaqdır)“.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 1009 (Kitab 19, 18)

Qeyd

Əhməd, 22357, 22659. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5556.