İslam Ümməti

Şəfaət üçün saxlanılan dua

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ. فَتَعَجَّلَ كُلُّ نَبِيٍّ دَعْوَتَهُ، وَإِنِّي اخْتَبَأْتُ دَعْوَتِي شَفَاعَةً لأُمَّتِي يَوْمَ الْقِيَامَةِ، فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللَّهُ، مَنْ مَاتَ مِنْ أُمَّتِي لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər peyğəmbərin qəbul edilmiş bir duası var. Onların hər biri (artıq öz duasından) istifadə etmişdir. Mən isə öz duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamışam. Allahın izni ilə bu şəfaətə ümmətimdən Allaha şərik qoşmadığı halda ölən kimsələr nail olacaqlar”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 296, 491, 512.

İstinad

Fəzilətli əməllər, 1001 (Kitab 19, 10)

Fəzilətli əməllər — İslam Ümməti