İslam Ümməti

Ümmətlərin sonuncusu, Cənnətə girənlərin birincisi

عَنْ مُعَاويَة بْن حَيدَة قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «نُكْمِلُ يَوْمَ الْقِيَامَةِ سَبْعِينَ أُمَّةً، نَحْنُ آخِرُهَا وَخَيْرُهَا».... «إِنَّكُمْ وَفَّيتُم سَبْعِينَ أُمَّةً، أَنْتُمْ خَيْرُهاَ وَأَكْرَمُهَا عَلَى اللهِ».

“Rəvayət edilir ki, Muaviyə ibn Heydə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biz Qiyamət günü yetmiş ümməti tamamlayacağıq. Biz (ümmətlərin) ən sonuncusu və ən xeyirlisiyik”. Digər rəvayətdə deyilir: “Siz yetmiş ümməti tamamladınız. Siz (ümmətlərin) ən xeyirlisi və Allah qatında ən hörmətlisiniz”.”

Muaviyə ibn Heydə
Həsən

Qeyd

İbn Macə, 4288, 4429. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 6284.

İstinad

Fəzilətli əməllər, 1000 (Kitab 19, 9)

Fəzilətli əməllər — İslam Ümməti