Ümmətlərin sonuncusu, Cənnətə girənlərin birincisi
عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «نَحْنُ آخِرُ الأُمَمِ، وَأَوَّلُ مَنْ يُحَاسَبُ يقالُ: أَيْنَ الأُمَّةُ الأُميَّةُ وَنَبِيُّهَا، فَنَحْنُ الآخِرُونَ الأَوْلُونَ».
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biz ümmətlərin ən sonuncusu, haqq-hesab olunanların isə ən birincisiyik. (Qiyamət günü) deyiləcək: “Yazıb-oxuya bilməyən ümmət və onun peyğəmbəri hanı?” Beləliklə, biz ən sonuncu (ümmət və Cənnətə daxil olanlardan) ən birinciyik”.”
İbn Abbas
SəhihQeyd
İbn Macə, 4290, 4431. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2374.
İstinad
Fəzilətli əməllər, 999 (Kitab 19, 8)
Fəzilətli əməllər — İslam Ümməti