İslam Ümməti

Bildiyinin ondabirinə əməl edən

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " إِنَّكُمُ الْيَوْمَ فِي زَمَانٍ كَثِيرٍ عُلَمَاؤُهُ، قَلِيلٍ خُطَبَاؤُهُ، مَنْ تَرَكَ عُشْرَ مَا يَعْرِفُ فَقَدْ هَوَى، وَيَأتِي مِنْ بَعْدُ زَمَانٌ كَثِيرٌ خُطَبَاؤُهُ، قَلِيلٌ عُلَمَاؤُهُ، مَنِ اسْتَمْسَكَ بِعُشْرِ مَا يَعْرِفُ فَقَدْ نَجَا "

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Siz bu gün alimləri çox, vaizləri az olan bir dövrdə yaşayırsınız. Kim bildiyinin ondan birini tərk edərsə, artıq nəfsinə uymuşdur. Uzun müddətdən sonra vaizləri çox, alimləri isə az olan bir vaxt gələcəkdir. Kim bildiyinin ondabirini qoruyarsa (əməl edərsə), qurtuluşa nail olar”.”

Əbu Zərr
Səhih

Qeyd

əl-Həravi “Zəmmul-Kəlam” 97. Hədis səhihdir. Bax: Silsilətu əs-Səhihə, 2510.

İstinad

Fəzilətli əməllər, 998 (Kitab 19, 7)

Fəzilətli əməllər — İslam Ümməti