İslam Ümməti

Dini başa düşmək xeyirə aparan yoldur

عَنْ مُعَاوِيَةَ قَالََ: سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِى الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ وَاللَّهُ يُعْطِى، وَلَنْ تَزَالَ هَذِهِ الأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللَّهِ لاَ يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ حَتَّى يَأْتِىَ أَمْرُ اللَّهِ».

“Rəvayət edilir ki, Muaviyə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah kimə xeyir nəsib etmək istəsə, ona dini başa düşməyi müyəssər edər. Mən yalnız paylaşdırıram. Verən isə Allahdır. Bu ümmətin (bir qismi) Allahın əmri gəlincəyə qədər (Qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq və belələrinə müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər”.”

Muaviyə
Səhih

Qeyd

əl-Buxari, 71.

İstinad

Fəzilətli əməllər, 997 (Kitab 19, 6)

Fəzilətli əməllər — İslam Ümməti