İslam Ümməti

“Siz Allahın yer üzündəki şahidlərisiniz!”- hədisi

عَنْ أَنَسِ بْنِ مَالِكٍ يَقُولُ مَرُّوا بِجَنَازَةٍ فَأَثْنَوْا عَلَيْهَا خَيْرًا، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «وَجَبَتْ». ثُمَّ مَرُّوا بِأُخْرَى فَأَثْنَوْا عَلَيْهَا شَرًّا فَقَالَ: «وَجَبَتْ». فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ مَا وَجَبَتْ قَالَ: «هَذَا أَثْنَيْتُمْ عَلَيْهِ خَيْرًا فَوَجَبَتْ لَهُ الْجَنَّةُ، وَهَذَا أَثْنَيْتُمْ عَلَيْهِ شَرًّا فَوَجَبَتْ لَهُ النَّارُ، أَنْتُمْ شُهَدَاءُ اللَّهِ فِى الأَرْضِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə cənazə aparılarkən biz onu xoş sözlə yad edib təriflədik. Peyğəmbər ﷺ: “Vacib oldu!”- deyə buyurdu. Sonra başqa bir cənazə aparılarkən biz onu xoşagəlməz sözlə yad edib pislədik. Peyğəmbər ﷺ yenə: “Vacib oldu!”- deyə buyurdu. Ömər ibn əl-Xattab: “Nə vacib oldu?”- deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Bunu xoş sözlərlə yad etdiniz, Cənnət buna vacib oldu. Onu da xoşagəlməz sözlərlə yad etdiniz, Cəhənnəm ona vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz!””

Ənəs ibn Malik
Səhih

Qeyd

əl-Buxari, 1278, 1367.

İstinad

Fəzilətli əməllər, 1004 (Kitab 19, 13)

Fəzilətli əməllər — İslam Ümməti