Cənnətə kasıblar varlılardan daha tez girəcəklər
عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنِّي لأَرْجُو أَنْ لاَ تَعْجَزَ أُمَّتِي عِنْدَ رَبِّهَا أَنْ يُؤَخِّرَهُمْ نِصْفَ يَوْمٍ». قِيلَ لِسَعْد وَكَمْ نِصفُ ذَلِكَ الْيَوم قَالَ: خَمْسُمِائَة سَنَة.
“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən ümid edirəm ki, ümmətimin (varlıları) Rəbblərinin dərgahında (sorğu-sual olunaraq Cənnətə girməyə) yarım gün gecikdirilmələrinə dözəcəklər”. Səddən soruşdular: “Yarım gün nə qədərdir?” Səd dedi: “Beş yüz ildir”.”
Qeyd
Əbu Davud, 4350, 4352. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5514.
İstinad
Fəzilətli əməllər, 1003 (Kitab 19, 12)
Fəzilətli əməllər — İslam Ümməti