İslam Ümməti

Cənnətə sorğu-sualsız girənlər

عَنْ رِفَاعَةَ الْجُهَنِيِّ قَالَ: صَدَرنَا مَعَ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ! مَا مِنْ عَبْدٍ يُؤْمنُ ثُمَّ يُسَدِّدُ إِلاَّ سُلِكَ بِهِ فِي الْجَنَّةِ وَأَرْجُو أَلاَّ يَدْخُلُوهَا حَتَّى تَبوَّءوا أَنْتُمْ، وَمَنْ صَلَحَ مِنْ ذَرَارِيَكُمْ مَسَاكِنَ فِي الْجَنَّةِ، وَلَقَدْ وَعَدَنِي رَبِّي عَزَّ وَجَلَّ أَنْ يُدْخِلَ الْجَنَّةَ مِنْ أُمَّتِي ، سَبْعُينَ أَلفاً بِغَيرِ حِسَابٍ».

“Rəvayət edilir ki, Rifəa əl-Cuhəni ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə bir səfərdən qayıtdıq. Bu vaxt Allah Elçisi ﷺ buyurdu: “Muhəmmədin canı Əlində Olana and olsun! İman gətirərək doğru yoldan ayrılmayan elə bir bəndə yoxdur ki, Cənnətə daxil edilməsin. Ümid edirəm ki, siz və nəslinizdən əməlisaleh olanlar Cənnətdəki yerlərdə məskunlaşmayınca (bir kimsə Cənnətə) girməyəcək. Rəbbim ﷿ ümmətimdən yetmiş min nəfəri sorğu-sualsız Cənnətə daxil etməyi qəti olaraq mənə vəd etdi”.”

Rifəa əl-Cuhəni
Səhih

Qeyd

İbn Macə, 4285, 4426. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2405.

İstinad

Fəzilətli əməllər, 1008 (Kitab 19, 17)

Fəzilətli əməllər — İslam Ümməti